Accessibility links

ABŞ generalı: Moskva son bir neçə həftə ərzində Baxmutda heç bir irəliləyiş əldə edə bilməyib


Ordunun martın 30-da bildirdiyinə görə, Ukrayna qüvvələri son bir gün ərzində şərq cəbhəsində mövqelərini saxlamaqda davam edib. Ordu Donetsk vilayətinin keçmişdə Rusiyanın bir neçə ay hücumlarının mərkəzi olan Baxmut şəhəri və ətrafında onlarla hücumu dəf etdiyini bildirib.

Ukrayna ordusunun Baş Qərargahı gündəlik bülletenində bildirib ki, Rusiya qüvvələri Baxmut və Donetskdəki bir sıra digər məntəqələr - Avdiyivka, Maryinka, Belohoryivka və Liman olmaqla, son 24 saat ərzində ümumilikdə 60 hücuma həyata keçirib.

Hərbçilərin dediyinə görə, Ukrayna qüvvələri təkcə Baxmutda düşmənin 28 hücumunu dəf edib.

Rusiya qüvvələrinin son sutka ərzində 5 raket və 25 hava hücumu, eləcə də 34 raket zərbəsi endirdiyi bildirilib və əlavə edilib ki, mülki və enerji infrastrukturunun fərq qoymadan atəşə tutulması davam edir.

Baxmut və ətrafındakı ərazilərə amansız hücumlar rus qüvvələrinə ağır zərbə vurub.

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli amerikalı qanunvericilərə Rusiyanın itkilərinin artmaqda davam etdiyini, Moskvanın son bir neçə həftə ərzində Baxmutda heç bir irəliləyiş əldə edə bilmədiyini deyib.

Ukrayna Silahlı Qüvvələrinin komandanı, general Valeriy Zalujnıy martın 30-da Ukrayna Hərbi Hava Qüvvələrinin müharibədəki hərəkətlərini əks etdirən video yayıb. Videoda Ukraynanın taktiki aviasiya briqadasının komandiri Oleksiy Manyuşkin Kyivin müttəfiqlərinə müraciət edərək, onu ABŞ istehsalı olan "F-16" qırıcıları ilə təmin etməyə çağırıb.

Manyuşkin deyib ki, ukraynalı pilotlar həvəslidir və Ukraynanı qələbəyə yaxınlaşdırmaq üçün ən qısa zamanda istənilən Qərb texnikasını mənimsəməyə hazırdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG