Accessibility links

Şərqdə döyüşlər getdiyi vaxt Rusiya Kramatorska ölümcül raket zərbəsi endirib


KRAMATORSK
KRAMATORSK

Ukrayna və Rusiya qüvvələri Donetsk bölgəsində daha şərqdə yerləşən Baxmuta nəzarət uğrunda qızğın döyüşlər apardığı bir vaxtda Rusiya Kramatorsk şəhərinə ölümcül raket zərbəsi endirib.

Baş Prokurorluğun martın 14-də verdiyi məlumata görə, Rusiya raketi Kramatorskda yaşayış binasına düşüb, nəticədə bir mülki şəxs həlak olub, üç nəfər yaralanıb. Bəyanatda hücum zamanı 6 hündürmərtəbəli yaşayış binasının zədələndiyi və axtarış-xilasetmə işlərinin hələ də davam etdiyi bildirilib.

Baxmutdan təqribən 50 km aralıda yerləşən Kramatorskda keçən il müharibədə mülki şəxslərə qarşı ən ağır hücumlardan biri həyata keçirilmişdi, aprel ayında 58 mülki vətəndaş kaset bombaları olan raketlə öldürülmüşdü. Human Rights Watch təşkilatının bildirdiyinə görə, bu, müharibə cinayəti hesab edilir.

Ukrayna ordusu martın 14-də gündəlik hesabatında bildirib ki, Rusiya qüvvələri "əhəmiyyətli" itkilərə baxmayaraq, Donetskin şərqindəki Baxmut və şəhərin ətrafındakı digər bir neçə məntəqəyə hücumları davam etdirib.

"Son gün ərzində qüvvələrimiz düşmənin 102 hücumunu dəf edib... Baxmutda düşmən şəhəri ələ keçirmək cəhdlərinə ara verməyib", Ukrayna Baş Qərargahı Liman bildirib və Avdiyivka, Maryinka və Şaxtyorskda da şiddətli döyüşlərin getdiyini əlavə edib.

Mədən şəhəri uğrunda aylarla davam edən döyüşlər fonunda prezident Volodimir Zelenski bildirib ki, Ukraynanın gələcəyi şərq cəbhəsində həll olunur. Zelenski Kyiv qüvvələrinin qalib gələcəyinə söz verib.

"Şərqdə durum çox çətin, çox ağrılıdır" – deyə, Zelenski ukraynalılara hər gecə etdiyi video müraciətində bildirib.

"Biz düşmənin hərbi gücünü məhv etməliyik və biz onu məhv edəcəyik - Belohoryivkada, Maryinkada, Avdiyivkada, Baxmutda, Vuhledarda, Kamyankada və gələcəyimizin necə olacağının həll olunduğu bütün yerlərdə. Gələcəyimiz, bütün ukraynalıların gələcəyi həll olan yerlər uğrunda döyüşürük" deyən Zelenski bu döyüşlərdə həyatını riskə atan hər bir döyüşçüyə minnətdar olduğunu bildirib.

Ukrayna qüvvələri Baxmutun qərb hissəsində Rusiyanın özəl Vaqner qrupunun muzdlu döyüşçülərinin dəfələrlə sıçrayış cəhdlərinə qarşı güclü müqavimət göstərir.

Martın 14-də Kreml bildirib ki, Moskvanın Ukraynadakı məqsədlərinə ancaq hərbi güclə nail olmaq olar.

"Biz hədəflərimizə çatmalıyıq. Hazırda bu, Kyiv rejiminin hazırkı mövqeyinə görə yalnız hərbi yolla mümkündür" – deyə, Rusiya dövlət xəbər agentlikləri Kremlin sözçüsü Dmitri Peskova istinad edib.

Bu arada, Reuters və The New York Times mənbələrin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) uşaqları Ukraynadan zorla deportasiya etdiyi və ölkənin mülki infrastrukturunu hədəfə aldığı üçün Rusiya rəsmilərinin həbsinə order verilməsini istəməyi planlaşdırdığını bildirib.

ICC məlumatlarla bağlı dərhal şərh verməyib. Məlumatlar təsdiqlənsə, bu, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə əlaqədar beynəlxalq müharibə cinayətlərinə dair ilk iş olacaq.

Diplomatik cəbhədə Türkiyə martın 14-də bildirib ki, Ukraynaya Qara dənizdə taxıl ixracına icazə verən razılaşmanın uzadılması ilə bağlı danışıqlar davam edir.

İyulda Moskva və Kyiv arasında Türkiyə və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə bağlanmış müqavilənin müddəti martın 18-də başa çatır və o yalnız Rusiyanın razılığı ilə uzadıla bilər.

Türkiyə Müdafiə Nazirliyi Rusiyanın müqavilənin 60 gün müddətinə uzadılmasını dəstəkləməyə razı olduğunu qeyd etsə də, Ukrayna razılaşmanın yalnız 120 gün uzadılmasına imkan verdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG