Accessibility links

Ukraynanın Britaniyadakı səfiri Londonun Kyivə iki hərbi gəmi göndərməyi planlaşdırdığını bildirib


Vadim Pristayko

Ukraynanın Britaniyadakı səfiri Vadim Pristayko Suspilne nəşrinə müsahibəsində Londonun Kyivə iki hərbi gəmi göndərməyi planlaşdırdığını bildirib.

Onun sözlərinə görə, gəmilərdən birində ukraynalı dənizçilər təlimlər keçir.

"Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra bizim prioritetlərimiz dəyişdi - bizə mina əleyhinə gəmilər lazımdır. İki - bizim üzərində işlədiyimiz ilkin rəqəmdir" - deyə, Pristayko bildirib.

O deyib ki, bu gəmilər yenilənəcək və Ukrayna üçün lazım olan xüsusi avadanlıqla təchiz ediləcək.

Britaniyanın müdafiə naziri Ben Uolles iyulun 21-də 20-dən çox 155 çaplı artilleriya silahı, 36 L-119 yüngül silah, yüzlərlə pilotsuz təyyarə, 1600-dən çox tank əleyhinə silah və 50 min artilleriya mərmisinin Ukraynaya təhvil verildiyini bildirib. Növbəti hərbi dəstək paketinə hava hücumundan müdafiə sistemləri, pilotsuz təyyarələr və elektron avadanlıqlar daxil olacaq.

Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Kyiv artıq Londondan Javeline və NLAW hava hücumundan müdafiə sistemləri, həmçinin Brimstone dəniz raketləri, 16 min artilleriya mərmisi və 6 Stormer zirehli texnikası daxil olmaqla, 6,9 min ədəd müxtəlif tank əleyhinə silah alıb.

Uolles qeyd edib ki, Britaniya “beynəlxalq tərəfdaşları ilə birlikdə Ukraynanın öz ölkəsini Putinin qanunsuz işğalından qorumaq üçün lazım olan hər şeyə malik olmasını təmin etməyə hazırdır”.

XS
SM
MD
LG