Accessibility links

Ukrayna müharibə əsirlərinin ölümü ilə nəticələnən hücumun araşdırılmasına çağırır


Ukrayna Rusiyanın Ukraynanın şərqində Rusiyanın nəzarət etdiyi təcridxanada onlarla ukraynalı müharibə əsirinin ölümü ilə nəticələnən raket hücumuna görə məsuliyyətə cəlb olunmasını tələb edib.

Ukrayna hökuməti şənbə günü Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Qırmızı Xaç Təşkilatını cümə günü baş verən hücumu dərhal araşdırmağa çağırıb.

Raket hücumu ilə bağlı beynəlxalq hiddətin artması ilə BMT təhqiqatın aparılmasına dəstəyini vəd edib.

“Bu yaxında Olenivkada baş verən faciə ilə əlaqədar olaraq biz təhqiqat aparmaq qabiliyyətinə malik bir qrup ekspert göndərməyə hazırıq və tərəflərdən icazə tələb edirik,” BMT baş katibinin sözçüsü Fərhan Haq şənbə günü yaydığı bəyanatında bildirib.

Rusiya və Ukrayna hücuma görə bir-birini günahlandırır. Heç birinin iddiasını müstəqil şəkildə təsdiq etmək mümkün olmayıb. Hələ ki, heç bir beynəlxalq yardım təşkilatına bombalanmış əraziyə daxil olmaq icazə verilməyib, ancaq Qırmızı Xaç yaralıları təxliyyə etməyə kömək etmək üçün oraya çıxış istəyib.

Rusiyanın müdafiə nazirliyi Rusiyanın nəzarət etdiyi Donetsk bölgəsində həbsxanada 40 məhbusun öldüyünü, 75-nin yaralandığını bildirib. Rusiya israr edir ki, Ukrayna döyüşçülərinin Rusiya qüvvələrinə təslim olmasının qarşısını almaq məqsədilə Amerika istehaslı silahlardan istifadə edərək həbsxananı vurub.

Ukrayna silahlı qüvvələri bu iddianı təkziv edib və Rusiyanın əsirlərə qarşı pis rəftarı ört-basdır etmək məqsədilə həbsxananı artilleriya ilə hədəf aldığını bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski hücumu Rusiyanın qəsdən etdiyi cinayət və ukraynalı müharibə əsirlərinin kütləvi qətli adlandırıb.

Ukrayna ordusu ölənlərin cəsədlərini geri almağa çalışır, ancaq Rusiya sadəcə olaraq ölənlərin adlarını açıqlayıb.

XS
SM
MD
LG