Accessibility links

Ukrayna münaqişəsi Türkiyənin Vaşinqtonla münasibətlərinin yaxşılaşmasına təkan verir


Türkiyənin Ukraynaya hücumu ilə bağlı Rusiyaya qarşı sərt mövqeyi NATO müttəfiqi olan ABŞ-la münasibətlərin yaxşılaşmasına təkan verir.

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Ukraynanın işğalını birmənalı şəkildə pisləyib. Eyni zamanda, Ankara - Moskvanın tənqidləri fonunda - Rusiya qüvvələrinə ölümcül zərbələr endirməkdə davam edən Türkiyə istehsalı pilotsuz təyyarələrini satıb. Ankara eləcə də Rusiyanın əksər hərbi gəmilərinin Qara dənizə çıxışını bağlayıb. Vaşinqton bütün bu addımları yüksək qiymətləndirib.

Avropa Şurasının baş elmi işçisi Əsli Aydıntaşbaş Türkiyənin bu mövqeyinin ABŞ-Türkiyə münasibətlərinin yenidən qurulması üçün fürsət olduğunu deyib.

“Bu, şübhəsiz ki, Ukrayna müharibəsindən əvvəl olmayan sabitliyin və qarşılıqlı əlaqələrin səviyyəsini artırdı. Bayden administrasiyasının siyasəti Türkiyənin avtokratiyaya çevrilməsi, eləcə də ikitərəfli münasibətlərdə çoxlu həlledici problemlərin olması səbəbilə olduğu üçün sosial uzaqlaşma, Ərdoğana bir qədər soyuq münasibət kimi görünürdü”- deyə, Aydıntaşbaş bildirib.

Ukrayna münaqişəsi başlayandan bəri Amerikanın yüksək səviyyəli diplomatları Türkiyəyə bir neçə dəfə səfər edib və keçən ay əlaqələrin gücləndirilməsi üçün yeni bir çərçivənin yaradılacağı elan edilib.

Rusiyanın S-400 zenit-raket kompleksi
Rusiyanın S-400 zenit-raket kompleksi

NATO müttəfiqləri arasında münasibətlər, əsasən də Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə yaxınlığına görə gərginləşib.

Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri alması Amerikanın sanksiyalarına və Türkiyənin döyüş təyyarələri almasına qadağa qoyulmasına səbəb olub. Aydıntaşbaşın dediyinə görə, Ankara Amerikanın F-16 qırıcılarını almaq üçün sanksiyaların yumşaldılmasına çalışır.

Analitiklər deyirlər ki, qonşusu və rəqibi Yunanıstanın müdafiə qüvvələrini yenilədiyini nəzərə alan Ankara özünün köhnə qırıcı təyyarələrindən narahatdır.

Ərdoğan ABŞ prezidenti Co Baydenlə söhbətində döyüş təyyarələri almaq məsələsini də gündəmə gətirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG