Accessibility links

Donetsk regionunda döyüşlər yenidən başlayıb


Birtərəfli atəşkəsin müddətinin bitməsindən bir neçə saat sonra Ukrayna qüvvələri ölkənin şərqində Rusiya tərəfdarı separatçılara qarşı yeni hərbi əməliyyatlara başlayıb. Döyüşlərə bu gün səhər Ukraynanın şərqindəki Donetskdə və şəhərin ətrafında başlanıb.

Birləşmiş Ştatlar və Avropa Birliyi Rusiyanı Ukraynanın şərqindəki üsyançıları silahla təmin etməkdə günahlandırır. Birləşmiş Ştatların dövlət katibi Con Kerri dünən Rusiyanın xarici işlər naziri Sergey Larvova zəng edərək Rusiyanın dəstəklədiyi separatçıların atəşkəsə əməl etmədiklərinə görə narahatlığını izhar edib.

Rusiya prezidenti Vladimir Putin isə döyüşlərə yenidən başlandığına görə ukraynalı həmkarı Petro Poroşenkonu günahlandırıb. Cənab Putin atəşkəsin uzadılması üçün cənab Poroşenkonu dilə tuta bilmədiyini deyib.

XS
SM
MD
LG