Accessibility links

Ukrayna Rusiyanın 14 dronundan 9-nu vurub


Ukrayna hava qüvvələri şənbə günü Ukraynanın mərkəzi və cənub bölgələrini hədəf alan 14 Rusiya dronundan doqquzunu vurduğunu bildirib.

Hava qüvvələri rəsmilərinin məlumatına görə, İran istehsalı Şahid dronlar əsasən Dnipropetrovsk bölgəsində “enerji infrastrukturu obyektləri”ni hədəf alıb.

Hücumun ən çox təsirinə Ukrayna Prezidenti Volodimir Zelenskinin vətəni olan Krivı Riq şəhəri məruz qalub.

Ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib, ancaq Agence France-Presse 15 min insanın elektriksiz qaldğını bildirib.

Kənd təsərrüfatı məhsullarının ixracı artır

Bu arada isə Britaniya Müdafiə Nazirliyi şənbə günü bildirib ki, Ukrayna dekabrda Rusiyanın Ukraynanı işğalı başlayandan bəri ən çox kənd təsərrüfatı məhsulları ixrac edib. Nazirlik həmçinin bildirib ki, Ukraynanın Qara Dəniz limanları beynəlxalq ticarətə və dünyanın ərzaq təminatına mühüm töhfə verir. Ukraynanın taxıl ixracı indi Qara Dəniz Taxıl Təşəbbüsü altındakı əldə etdiyi həcmi ötüb.

Nazirlik bildirib ki, Ukrayna raketlərinin və ekipajsız suüstü gəmilərinin mövcudluğu səbəbilə Rusiyanın qərbi Qara dənizdə fəaliyyət göstərməsinin qarşısı böyük ölçüdə alınıb.

Yardım işçiləri ölüb və yaralanıb

Cümə günü BMT-nin Ukrayna üzrə humanitar koordinatoru Denis Braun cümə axşamı Ukraynanın cənubunda iki nəfərin ölümü və üç nəfərin yaralanması ilə nəticələnən yardım işçilərinə qarşı hücumu pisləyib.

İsveçrənin qeyri-hökumət yardım qrupu HEKS/EPER, iki əməkdaşının cümə axşamı Ukraynanın cənub-şərqində yerdə qiymətləndirmə apararkən hücuma məruz qaldığını bildirib.

Ukrayna rəsmiləri daha sonra öldürülən iki işçinin Xerson vilayətinin Berislav şəhərində dron hücumunda həlak olan Fransa vətəndaşları olduqlarını bildirib.

Yardım işçilərinin adları açıqlanmayıb.

Ukrayna və Kanada diplomatları görüşüb

Bundan əlavə cümə günü Kanada xarici işlər naziri Melani Coy Kyivə səfər edərək, orada ukraynalı həmkarı Dmitro Kuleba ilə danışıqlar aparıb.

İki diplomat görüşdən sonra mətbuat konfransında qanunsuz olaraq Rusiyaya aparılan ukraynalı uşaqları geri gətirmək üçün yeni beynəlxalq koalisiyanın yaradıldığını elan edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG