Ukrayna Hərbi Hava Qüvvələrinin cümə günü verdiyi açıqlamaya görə, keçən gecə Rusiyanın həyata keçirdiyi hücum zamanı 5 pilotsuz uçuş aparatının hamısı vurulub.
Hərbi Hava Qüvvələrinin Telegram mesajlaşma proqramında verdiyi açıqlamada Rusiya qüvvələrinin hücum zamanı üç ballistik "İskander-M" raketindən də istifadə etdiyi bildirilib.
Rusiya hücum zamanı "Şahed" tipli 3 dron və naməlum tipli 2 drondan istifadə edib.
Reuters xəbər agentliyi daha əvvəl Rusiyanın Ukraynanın hava hücumundan müdafiə vasitələrini müəyyən etmək və hiylə yolu ilə cavab vermək üçün bəzi hücumlarda ucuz istehsal edilən pilotsuz təyyarələrdən istifadə etdiyini bildirmişdi.
Kyiv və Kirovohrad vilayətlərinin qubernatorları hücumdan sonra dağıntı və tələfat barədə məlumat verməyib.
Hava Hücumundan Müdafiə Qüvvələri keçən gecə ərzində paytaxt Kyiv üzərində işləyib.
Cümə axşamı hərbçilər barədə şəhər sakinlərini mümkün hücumlar barədə xəbərdar etmək üçün hava siqnallarını dörd dəfə işə salıb.
Rəsmilərin cümə günü bildirdiyinə görə, genişmiqyaslı hərbi müdaxilə başlanandan bəri Kyivdə 1200-dən çox hava xəbərdarlığı olub.
Forum