Accessibility links

Ukrayna Rusiyanın neft emalı zavodlarına dron hücumu edib


Ukrayna cümə günü Rusiyanın cənubundakı bir neçə neft emalı zavodu və hərbi mərkəzlərə dronlarla hücumlar etdiyini bildirib. Moskvanın dediyinə görə, hücum zamanı bir nəfər ölüb.

Rusiya 114 pilotsuz uçuş aparatını zərərsizləşdirdiyini bildirib.

Kyiv son aylar ərzində Rusiyanın neft emalı zavodlarına bir neçə hücum həyata keçirib və onların Moskva ordusunu yanacaqla təmin etdiyi nəzərə alındığında, onların ədalətli hədəflər olduğunu iddia edib.

Rusiya həmçinin Ukraynanın elektrik stansiyalarına onlarla dağıdıcı hücumlar təşkil edib.

Kyiv ordusunun dediyinə görə, "Afipski, İlski, Krasnodar və Həştərxan neft emalı zavodlarına", eləcə də, Rusiyanın cənubundakı radio və kəşfiyyat mərkəzinə qarşı da dronlarla hücum edib.

O, həmçinin bildirib ki, o, Krasnodarda pilotsuz uçuş aparatlarının hazırlandığı və saxlandığı sahəni hədəf alıb və bunun nəticəsində "bir sıra partlayışlar və sonradan yanğın baş verib".

Moskvadakı Müdafiə Nazirliyi "Rusiyanın havadan müdafiə sistemləri Krım və Qara dəniz üzərində 70, Krasnodar bölgəsi üzərində 43 və Volqoqrad üzərində bir pilotsuz uçan aparatının qarşısını alaraq və məhv edib" deyə, bildirib.

Qubernator Venyamin Kondratyev Telegram kanalında Krasnodarda Yujnı qatar stansiyası yaxınlığında dron hücumu nəticəsində bir nəfərin öldüyünü bildirib.

Onun sözlərinə görə, Severski rayonunda yerləşən neft emalı zavodunun bir neçə inzibati binasına da ziyan dəyib.

İki ildən artıqdır ki, Rusiyanın hərbi müdaxiləsi ilə mübarizə aparan Ukrayna son aylarda Rusiya ərazisinə hücumlarını artıraraq, enerji obyektlərini hədəf alıb.

Rusiyanın Ukraynanın enerji infrastrukturuna raket və dron hücumları ölkənin elektrik enerjisi istehsal imkanlarını iflasa uğradıb və Kyivi elektrik kəsintiləri tətbiq etməyə və elektrik enerjisini Avropa İttifaqından idxal etməyə məcbur edib.

Forum

XS
SM
MD
LG