Accessibility links

Rafael Qrossi Rusiyanın nəzarətində olan Zaporijye Atom Elektrik Stansiyasına gedib


Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi

Ukraynanın Enerhoatom dövlət şirkətinin bildirdiyinə görə, BMT-nin nüvə nəzarəti orqanı olan Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi martın 29-da Rusiyanın nəzarətində olan Zaporijye Atom Elektrik Stansiyasında olub.

Enerhoatom-un mətbuat xidmətinin məlumatında bu səfər Rusiya qoşunları tərəfindən işğalına başlayandan bəri Qrossinin Avropanın ən böyük atom elektrik stansiyasına ikinci səfəri olduğu deyilib.

Səfər nüvə stansiyasında qəza riskinin qarşısının alınması səylərinin bir hissəsi idi. Martın 27-də Qrossi Zaporijye vilayətinə işgüzar səfəri zamanı prezident Volodimir Zelenski ilə görüşüb.

Bu arada, Zelenski Ukraynanın nəyin bahasına olursa olsun, Baxmutdan geri çəkilməməli olduğunu bir daha təsdiqləyib. O, bunun Rusiyanın oradakı qələbəsi demək olduğunu deyib və prezident Vladimir Putinin Ukraynanı kompromisləri qəbul etməyə məcbur edərək, sülh sazişinin imzalanması yolunda beynəlxalq dəstək toplamaq üçün istifadə ediləcəyi barədə xəbərdarlıq edib.

Zelenski martın 29-da Associated Press agentliyinə müsahibəsində deyib ki, "Putin bu qələbəni Qərbə, öz cəmiyyətinə, Çinə, İrana satacaq".

"Əgər o, bir az qan hiss edərsə, zəif olduğumuzu hiss edərsə, daha da irəli gedəcək" Zelenski deyib.

Ukrayna hərbi komandirləri əks-hücumlarının çox da uzaqda olmadığını, lakin həmin vaxt Baxmut üzərində nəzarəti saxlamağa çalışdıqlarını bildirib.

Ukrayna ordusu martın 28-də elan edib ki, bu yaxınlarda Qərbin çoxdan vəd etdiyi texnikasını və Almaniyanın "Leopard 2" tanklarını alıb.

XS
SM
MD
LG