Accessibility links

Cozep Borrell: Aİ Ukraynaya 500 milyon avro əlavə hərbi yardım verəcək


Avropa İttifaqının xarici siyasət rəhbəri Cozef Borrell

Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Cozef Borrell blokun Ukraynaya əlavə 500 milyon avro dəyərində hərbi yardım verəcəyini deyib.

Mayın 13-də Almaniyanın şimalında Böyük Yeddilik (G7) ölkələrinin xarici işlər nazirlərinin iclası çərçivəsində jurnalistlərə açıqlama verən Borrell bu dəfəki hərbi yadımla Ukraynaya tank və artilleriya kimi ağır silahlar veriləcəyini bildirib. Bununla da Aİ-nin Ukraynaya göndərdiyi yardımın ümumi həcmi 2 milyard avroya yaxınlaşacaq.

"Bu yeni hərbi təkandır. İqtisadi sanksiyalarla Rusiyaya daha çox təzyiq, Rusiyanın beynəlxalq təcridini davam etdirmək və yanlış məlumatlara qarşı mübarizə aparmaqda faydalı olacaq" deyə o bildirib.

Borrell həmçinin yaxın günlərdə Rusiya neftinə embarqo qoyulması ilə bağlı razılığın da əldə oluna biləcəyinə əmin olduğunu bildirib.

"Əminəm ki, bizim razılaşmamız olacaq. Biz bunu əldə edəcəyik. Biz Rusiyanın neft asılılığından qurtulmalıyıq" deyən Borrell əlavə edib ki, "Əgər səfirlər səviyyəsində razılıq əldə olunmasa, o zaman nazirlər bazar ertəsi (16 may) toplaşdıqları zaman məsələyə siyasi təkan verməlidirlər".

Böyük Britaniyanın xarici işlər naziri Liz Truss isə Ukraynaya əlavə silahların çatdırılmasına çağırıb.

"İndiki halda biz sanksiyaları artıraraq, Ukrayana daha çox silah verməklə Vladimir Putinə daha çox təziqi artırmalıyıq" - deyə, Truss bildirib. O həmçinin əlavə edib ki, "G7-nin birliyi bu böhran zamanı azadlıq və demokratiyanı qorumaq üçün həyati əhəmiyyətə malik olub və biz bunu etmək üçün birlikdə işləməyə davam edəcəyik".

XS
SM
MD
LG