Accessibility links

Avropa İttifaqı Ukrayna rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsinə dair razılıq əldə edib [Fotoqalereya]


Ağ Ev Ukrayna prezidentini qüvvələri geri çəkməyə çağırıb

Ağ Ev Ukrayna prezidentini təhlükəsizlik qüvvələrini Kiyevin mərkəzi meydanından dərhal geri çəkməyə çağırıb.

Ağ Evin sözçüsü Cey karni deyib ki, Ukrayna qüvvələrinin odlu silahlarla nümayişçiləri atəşə tutması böyük qəzəb doğurub. O, aksiya iştirakçılarını özlərini dinc yolla ifadə etməyə səsləyib.

Ağ Evin bəyanatında hökumətlə nümayişçilər arasında dialoq yaradılmasının vacibliyi vurğulanır.

Ukrayna prezidenti Viktor Yanukoviçin müxalifət liderləri ilə barışıq elan etməsindən bir neçə saat sonra nümayişçilərlə polis arasında daha bir qarşıdurmanın baş verib.

Şahidlərin dediyinə görə, qarşıdurmalar zamanı azı 33 nəfər həlak olub.

Ölənlərin bəzilərinin hökumətin snayper atəşlərinin qurbanı olduğu deyirlir.

Daxili İşlər Nazirliyinin məlumatında 3 polis zabitinin öldürüldüyü, 50 polis işçisinin yaralandığı,onların 30-nun güllə yarası aldığı bildirilir.

Səhiyyə rəsmiləri isə 70-100 nəfərin həlak olduğunu bildirir.

Avropa İttifaqının xarici işlər nazirləri zorakılıqlara görə məsuliyyət daşıyan Ukrayna rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsinə dair razılıq əldə edib.

Brüssel görüşündən sonra qurumun təmsilçiləri bildirib ki, sanksiyalara viza qadağası, hesabların dondurulması kimi ölçülər daxildir.
XS
SM
MD
LG