Rusiyanın baş naziri Dmitri Medvedev Ukraynadakı siyasi böhranda iştirak edən xarici syasətçilərin düzgün yol seçmədiklərini deyib. Cənab Medvedev bu gün televiziya ilə müsahibəsində deyib ki, Kiyevdə Avropa İttifaqı tərəfdarlarının nümayişlərində iştirak edən xarici siyasətçilər səhv iş görür. O, bunu ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirib.
Cənab Medvedevin sözləri bu həftənin əvvəli Arvopa İttifaqı tərəfdarlarının Kiyevdə keçirdiyi nümayişlərə qatılan Almaniyanın xarici işlər naziri Gido Vestervilə ünvanlanıb.
Minlərlə insan paytaxt Kiyevdə nümayişlər keçirdiyi bir vaxt, Qərb diplomatları Ukraynanın paytaxtında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının iclasına toplaşıb.