Accessibility links

Pyotr Poroşenko məhkəmə qarşısına çıxmaq üçün Ukraynaya qayıdıb


Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko siyasi motivli olduğunu deyərək, vətənə xəyanət ittihamı ilə məhkəmə qarşısına çıxmaq üçün bazar ertəsi Ukraynaya qayıdıb.

Bazar ertəsi səhər Varşavadan Kiyevə təyyarə ilə gələn Poroşenkonu hava limanında bir neçə min tərəfdarı qarşılayıb. Onlardan bəzilərinin əlində “Bizə demokratiya lazımdır” və “Repressiyalara son” yazılmış plakatlar olub.

Poroşenkonun hava limanından birbaşa məhkəməyə gedəcəyi və məhkəmənin istintaq davam edənə və hökm çıxarılana qədər onun barəsində həbs-qətimkan tədbiri qərarı verəcəyi gözlənilir.

Prokuror Roshen qənnadı imperiyasının sahibi və Ukraynanın ən zəngin iş adamlarından biri olan Poroşenkonun 2014-15-ci illərdə Ukraynanın şərqində Rusiya tərəfindən dəstəklənən separatçıların maliyyələşdirilməsinə yardım üçün külli miqdarda kömür satışında əli olduğunu iddia edib.

Poroşenkonun var-dövləti dövlətə xəyanət iddiaları ilə bağlı aparılan araşdırma çərçivəsində dondurulub. Təqsirli bilinərsə, Ukraynanın keçmiş liderini 15 ilə qədər həbs cəzası gözləyir.

Poroşenko günahsız olduğunu israr edir. O, varisi, prezident Vladimir Zelenskini Ukraynada COVID-19 səbəbindən ölümlər də daxil olmaqla, iqtisadiyyatdakı çətinliklər və artan problemlərdən yayındırmaq üçün onu siyasi baxımdan gözdən salmaqda ittiham edir.

Bunlar 2019-cu ildə Poroşenko Zelenskiyə məğlub olandan bəri ona qarşı irəli sürülən bir sıra ittihamlardandır. İddialar Ukraynada qeyri-demokratik hesablaşma ilə bağlı narahatlıqlar yaradıb və bu, Ukraynanın müttəfiqlərini narahat edib. Bütün bunlar Rusiyanın Ukrayna sərhədi boyunca qoşun topladığı və ABŞ-ın Rusiya prezidenti Vladimir Putinin Ukraynaya müdaxilə planlaşdırması ilə bağlı narahatlıqlarını dilə gətirdiyi vaxta təsadüf edir.

Poroşenko seçkilərdə korrupsiya qalmaqalı və islahatlarla bağlı qarışıq təcrübədən sonra məğlub olub. Lakin o, ölkənin şərqində Rusiyanın dəstəklədiyi üsyançılarla döyüşən Ukrayna ordusunda yenidəqurma işlərində güclü vətənpərvərlik ruhu göstərib.

Zelenski oliqarxların Ukraynanın siyasi və iqtisadi həyatına təsirini azaltmaq üçün onlara qarşı mübarizə apardığını deyir.

Poroşenko həftələrdir Ukraynadan kənarda, Brüssel, Berlin və digər Avropa paytaxtlarında liderlərlə görüşüb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG