Accessibility links

Müharibənin risklərinə baxmayaraq, Ditrix Treys Ukraynanı tərk etməyəcəyini deyir


Müharibənin risklərinə baxmayaraq, Ditrix Treys Ukraynanı tərk etməyəcəyini deyir
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Müharibənin risklərinə baxmayaraq, Ditrix Treys Ukraynanı tərk etməyəcəyini deyir

Rusiya iyul ayında Qara Dəniz taxıl müqaviləsindən çıxdıqdan sonra liman şəhəri Odessanı davamlı olaraq atəşə tutmağa başladı. Bu sadəcə olaraq orada işləyən ukraynalı fermerlər üçün müharibə zamanı dolanışıqlarını təmin etmək üçün başqa bir çətinlik oldu.

Alman əsilli Ditrix Treys 2005-ci ildən Ukraynada fermalar və kənd təsərrüfatı üzrə müstəqil məsləhətçidir.

Rusiya Ukraynanı işğal edəndə risklərə baxmayaraq, o, ölkədə qalmağa qərar verib və müharibənin ilk günündən Ukrayna silahlı qüvvələrinə dəstək verir. İyunun sonunda onun şirkəti Ukrayna ordusuna dəstək üçün xeyriyyə aksiyası təşkil edib. Ditrix Treys: "Yığılan pul dronlarən alınmasına getdi. Şəxsən mən töhfə verdim."

Treys Bavariyada bir fermada böyüyüb. O, Ukraynaya ilk dəfə 1999-cu ildə gəlib və bu ölkəyə aşiq olub. 2017-ci ildə Federal Ərzaq, Kənd Təsərrüfatı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Nazirliyinin Almaniya-Ukrayna Kənd Təsərrüfatı layihəsi ilə işləməyə başlayıb. O, taxılını Qara dəniz vasitəsilə dünyaya daşımaqla məşğul olub. Lakin Rusiyanın bölgəni atəşə tutması işi çətinləşdirir və taxılın qurudan daşınması daha baha başa gəlir. "Əgər bu uzun çəkərsə və limanın obyektləri dağılarsa, o zaman yalnız bizim fermalarımız deyil, bütün ukraynalı fermerlər problemlə üzləşəcəyik" - deyə, Ditrix Treys bildirir.

Treysin hesablamalarına görə, onun şirkəti qurudan daşımalara keçdiyi üçün təxminən bir milyon dollar itirə bilər. O, həmçinin Rusiya qüvvələrinin limanlarda qalan taxılları məhv edə biləcəyindən narahatdır. "Gələn ilin bu vaxtı yeni məhsulumu saxlamaq üçün anbarlarım boş olmalıdır. Taxılı xarab olmadan iki il saxlaya bilərəm, amma növbəti məhsul üçün anbarım yoxdur".

Rusiyanın taxıl sazişindən çıxması qlobal bazara təsir edib. Lakin o, ən böyük təsiri yoxsul ölkələrin hiss etdiyini deyir. "Dünyanın kasıb insanları uzun müddət əziyyət çəkəcək."

Müharibəyə və ixrac vəziyyətinin gözlənilməz olmasına baxmayaraq, Treys Ukraynanı tərk etmək fikrində olmadığını deyir.

Forum

XS
SM
MD
LG