Accessibility links

Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri Zaporojye Atom Elektrik Stansiyasına yola düşüb


BMT-nin nüvə bəzarəti təşkilatının müfəttişlərindən ibarət qrup Rusiyanın nəzarətində olan ərazidə təhlükəsizlik narahatlıqlarını qiymətləndirmək üçün çərşənbə günü Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına yola düşüb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi rəhbərlik etdiyi heyətin stansiyada bir neçə gün qalacağını və onların missiyasının “çox mürəkkəb əməliyyat” olduğunu bildirib.

“Biz müharibə zonasına gedirik. Biz işğal olunmuş ərazilərə gedirik. Bunun üçün təkcə Rusiya Federasiyasından deyil, Ukrayna Respublikasından da zəmanətlər tələb olunur. Biz bu zəmanətləri ala bilmişik” -deyə, Qrossi Kyivdə jurnalistlərə bildirib.

O, eləcə də bildirib ki, müfəttişlər həm də nüvə stansiyanın işçiləri ilə söhbət edəcəklər. Stansiyanın Rusiya nəzarətində olmasına baxmayaraq, ukraynalı mühəndislər tərəfindən idarə olunur. Qrossi “Əlbəttə, bu, etmək istədiyim ən vacib işlərdən biridir və mən bunu edəcəm” deyib.

Həm Rusiya, həm də Ukrayna bir-birini obyektin yaxınlığındakı əraziləri atəşə tutmağa ittiham edir. Dünya liderləri isə nüvə fəlakətinin olmasından qorxur.

BAEA-nin nüqmayəndə heyəti çərşənbə axşamı Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. O, “zavodun dərhal demilitarizasiyasını” və “tam Ukraynanın nəzarətinə” verilməsini tələb edib.

“The New York Times” qəzetinin yazdığına görə, zavodda artilleriya atəşinə məruz qalma əlamətləri olub və yaxınlıqdakı meşə yanğınlarının tüstüsünə bürünüb.

BAEA-nin bildirdiyinə görə, missiyanın əsas diqqəti zavodda fiziki zərərin qiymətləndirilməsi, qorunma və təhlükəsizlik sistemlərinin yoxlanması, idarəetmənin müəyyən edilməsi, işçilərin vəziyyətinin qiymətləndirilməsi və “təcili mühafizə tədbirlərinin” həyata keçirməsinə yönəldəcək.

XS
SM
MD
LG