Accessibility links

İsrailin xarici işlər naziri Ukraynaya səfər edib


İsrailin xarici işlər naziri Eli Kohen
İsrailin xarici işlər naziri Eli Kohen

İsrailin xarici işlər naziri cümə axşamı Rusiyanın keçənilki işğalından bəri ilk dəfə İsrailin ilk yüksək səviyyəli rəsmisi kimi Ukraynaya səfər edib. O, müharibədən əziyyət çəkən ölkəyə maliyyə yardımı vəd etsə də, İsrailin Ukraynaya silah verməyə hazır olduğuna dair heç nə deməyib.

Xarici işlər naziri Eli Kohen ukraynalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, İsrail səhiyyə müəssisəsinin tikintisi üçün Ukraynaya 200 milyon dollar kredit verəcək. O, həmçinin İsrailin Ukraynaya hava hücumundan müdafiəsi üçün "ağıllı xəbərdarlıq" sistemini inkişaf etdirməsinə yardım etmək təklifini bir daha təkrarlayıb.

Lakin Kohen bu sistemin nə vaxt təhvil veriləcəyi ilə bağlı heç bir məlumat verməyib. O, Rusiyadan heç bəhs etməyib və Ukraynanın İsrailə hücum silahı verməklə bağlı müraciətlərinə cavab verməyib.

"Keçmişdə də qeyd edildiyi kimi İsrail Ukrayna xalqı ilə həmrəydir və Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiq qalır" - deyə, Kohen bildirib.

Səfər RusiyanınUkraynaya işğalının birinci ildönümünə az qalmış və Qərb dövlətlərinin bu ölkəyə yardımı artırmağa çalışdığı bir vaxta təsadüf edib.

Müharibə başlayandan bəri İsrail Ukraynaya yardım etməyə və strateji regional maraqları olan Rusiya ilə gərginlikdən qaçmağa çalışır. Digər Qərb ölkələrindən fərqli olaraq, İsrail nə Rusiyaya, nə də Rusiya rəsmilərinə sanksiya tətbiq etməyib. O, eləcə də Ukraynanı silahla təmin etməyib.

İsrail Ukraynaya səhra xəstəxanası da daxil olmaqla, humanitar yardım göstərib və havadan xəbərdarlıq sistemi ilə təmin edəcəyinə söz verib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG