Accessibility links

Zaporijyeyə raket hücumu olub, ölənlər və yaralananlar var


Ukrayna hökumətinin bildirdiyinə görə, oktyabrın 18-nə keçən gecə Rusiya qoşunları Zaporijyeyə raket hücumu həyata keçirib. Nəticədə iki nəfər ölüb, dörd nəfər yaralanıb, üç nəfər itkin düşüb. Rusiya Müdafiə Nazirliyi bu hücumla bağlı şərh verməyib.

Zaporijyeyə raket hücumu gecə saat 2-də baş verib. Ukrayna mənbələrinin məlumatına görə, raketlərdən biri yaşayış binasına düşüb.

"Düşmənin raket hücumu nəticəsində yaşayış binası dağıdılıb. Təəssüf ki, qurbanlar və yaralananlar var. Hazırda iki nəfərin öldüyü və yaralıların olduğu məlumdur" - deyə, Zaporijye Şəhər Şurasının katibi Anatoli Kurtev Telegram kanalında yazıb.

Rusiya Müdafiə Nazirliyi oktyabrın 18-nə keçən gecə Rusiya ərazisi üzərində 28 pilotsuz təyyarənin vurulduğunu bəyan edib.

Nazirliyin bəyanatında "Belqorod, Kursk vilayətləri və Qara dəniz əraziləri üzərində növbətçi Hava Hücumundan Müdafiə Qüvvələri Ukraynanın 28 pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib" deyə, bildirilib.

Rusiya Müdafiə Nazirliyi pilotsuz təyyarələrinin hücumuna görə məsuliyyəti “Kyiv rejimi”nin üzərinə qoyub.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Belqorod vilayətində və Yakovlevski şəhəri üzərində 6 pilotsuz təyyarə vurulub. İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur.

Krım.Realii oktyabrın 18-də səhər saatlarında Rusiya tərəfindən ilhaq edilmiş Sevastopolun mərkəzində yüksək səslər eşidildiyini bildirib. Şəhərin Rusiya tərəfindən təyin olunmuş "rəhbəri" Mixail Razvojayev bunun Qara Dəniz Donanmasının təlimləri olduğunu deyib.

"Yüksək səslər şəhərin mərkəzində şimal estakadasının ərazisindən gəlib. Bu, Qara Dəniz Donanması sualtı qayıqlarının təlimlər keçirməsi səbəbindən baş verib. Şəhərdə sakitlikdir" - deyə, Razvojayev bildirib.

Forum

XS
SM
MD
LG