Accessibility links

Ukrayna NATO-ya üzvlük məqsədindən geri çəkilir


Ukrayna NATO-ya üzvlük məqsədindən geri çəkilir
Ukrayna NATO-ya üzvlük məqsədindən geri çəkilir

Ukrayna parlamenti ölkənin neytral statusunu və NATO-ya üzv olmaqla bağlı keçmiş məqsədindən geri çəkildiyini təsbit edən qanun layihəsini təsdiq edib

Ukrayna parlamenti ölkənin neytral statusunu və NATO-ya üzv olmaqla bağlı keçmiş məqsədindən geri çəkildiyini təsbit edən qanun layihəsini təsdiq edib.

Rusiya tərəfdarı prezident Viktor Yanukoviçin təşəbbüsünü dəstəkləyən bu qanun layihəsi birinci oxunuşda asanlıqla qəbul edilib.

Qanunda Ukraynanın hər hansı hərbi və siyasi bloka qoşulmasına icazə verilməsə də, onun NATO və qarşılıqlı maraq doğuran sahələrdə digər qurumlarla əməkdaşlıq aparmasına imkan verilir. Burada Ukraynanın Avropa Birliyinə üzv ola bilməsinə də icazə verilir.

Ukraynanın keçmiş prezidenti qərb tərəfdarı Viktor Yuşşenko Rusiyanın qəti etirazlarına baxmayaraq, NATO-ya üzvlük məsələsini əsas prioritetlərdən biri etmişdi.

XS
SM
MD
LG