Accessibility links

Ukraynanın birinci xanımı ABŞ qanunvericiləri qarşısında çıxış edəcək


ABŞ qanunvericiləri çərşənbə günü Kapitolidə Ukraynanın birinci xanımı Olena Zelenskayanın çıxışını dinləməyə hazırlaşır.

Ukrayna prezidenti Volodimir Zelenski çıxışından əvvəl Zelenskayanın bütün ukraynalı analar və qadınlar adından danışacağını bildirib.

"Və mən həqiqətən inanıram ki, ABŞ-da o, qərarları qəbul edənlər tərəfindən eşidiləcək" , prezident deyib.

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Nümayəndələr Palatasının və Senatın bütün üzvlərini dəvət edərək, bunun Rusiya işğalının dəhşətləri barədə daha çox öyrənmək və Demokratiya uğrunda apardıqları mübarizəyə görə Ukrayna xalqına minnətdarlığımızı bildirmək üçün vacib və vaxtında edilən bir fürsət olacağını deyib.

Zelenskaya çərşənbə axşamı Ağ Evdə ABŞ-ın birinci xanımı Cil Baydenlə görüşüb.

Onlar sonuncu dəfə may ayında Baydenin Ukraynanın qərbində öncədən elan edilməmiş səfəri çərçivəsində görüşərək, bir məktəbi ziyarət edib, orada Analar Günü üçün hədiyyə hazırlayan şagirdlərlə görüşüblər.

Olena Zelenska bazar ertəsi Vaşinqtonda ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb.

Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, Zelenski və Blinken Rusiyanın tammiqyaslı hərbi müdaxiləsinin insan həyatına nəhəng və artan təsiri barədə danışıblar və Blinken ABŞ-ın Ukraynanı dəstəkləmək öhdəliyini vurğulayıb.

Prezident Co Bayden Ukraynanın birinci xanımına Ukrayna bayrağının rəngləri olan gül dəstəsi hədiyyə edib.

Ağ Ev bildirib ki, Zelenskaya Vaşinqtona Rusiyanın Ukraynaya qarşı təcavüzünün bəşəri qiymətlərini vurğulamaq üçün səfər edib.


XS
SM
MD
LG