Accessibility links

Pentaqon Ukraynaya 1 milyard dollar yardım ayırdığını açıqlayıb


Pentaqon Ukraynaya 1 milyard dollarlıq təhlükəsizlik yardımı edəcəyini elan edib. Bu, Rusiyanın fevral ayında hərbi müdaxiləsindən bəri ən böyük silah və avadanlıq paketidir.

Müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Kolin Kahl bazar ertəsi jurnalistlərə deyib ki, son yardım paketinə yüksək sürətli Artilleriya Raket Sistemləri (HIMARS), tank əleyhinə 1000 javelin raketi, artilleriya sursatları və 50 zirehli tibb maşını daxildir.

HIMARS sursatlarının nəyə görə əlavə sistemlər olmadan göndərildiyi barədə sualın cavabında Kahl deyib ki, Pentaqon Bayden administrasiyası tərəfindən artıq göndərilmiş 16 HIMARS-ın Ukraynanın ərazisini müdafiə ehtiyacları baxımından “olduqca çox” olduğunu hesab edir.

“Bizim qiymətləndirməmiz əslində ondan ibarətdir ki, ukraynalılar sistemlərin sayı baxımından olduqca yaxşı işləyir və hazırda prioritet onların GMLRS-nin davamlı axınına malik olduğundan əmin olmaqdır” - deyə, Kahl Lockheed Martin şirkətinin dəqiq idarə olunan döyüş sursatlarına istinad edib.

Yeni paketə eləcə də piyada əleyhinə Claymore piyada əleyhinə minalar və paytaxt Vaşinqtonu qorumaq üçün istifadə edilən müasir zenit raket sistemləri üçün sursatlar daxildir.

Müdafiə Nazirliyinin son hərbi yardımı ilə prezident Co Baydenin keçən il vəzifəyə gəldiyi vaxtdan bəri ABŞ-ın Ukraynaya təhlükəsizlik üzrə ümumi yardımı 9,8 milyard dollar və Rusiyanın 2014-cü ildə Krımı qanunsuz ilhaq etməsindən sonra isə 11,8 milyard dollara çatdırılıb.

Kahlın bildirdiyinə görə, Rusiya Ukraynaya qarşı fevral ayında hərbi təcavüzə başlayandan bəri böyük itkilər verib və Rusiyanın 3 mindən 4 minə qədər zirehli texnikasının Ukrayna qüvvələri tərəfindən məhv edildiyi və Rusiya qüvvələrinin itkilərinin 70-80 min hərbçi olduğu təxmin edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG