Accessibility links

Ukrayna Prezidenti Doha Forumunda video ilə çıxış edib


Ukraine's President Volodymyr Zelenskyy addresses participants of the Doha Forum via videolink, as Russia's attack on Ukraine continues, in Kyiv, Ukraine March 26, 2022. (Ukrainian Presidential Press Service/Handout via Reuters)
Ukraine's President Volodymyr Zelenskyy addresses participants of the Doha Forum via videolink, as Russia's attack on Ukraine continues, in Kyiv, Ukraine March 26, 2022. (Ukrainian Presidential Press Service/Handout via Reuters)

Ukrayna Prezidenti şənbə günü Qətərin Doha Forumunda gözlənilməz video çıxış edib və enerji ilə zəngin ölkələri və digərlərini Rusiyanın enerji təchizatlarının itirliməsi fonunda hasilatlarını artırmağa çağırıb.

Volodimir Zelenski müaribə başlayandan bəri dünya boyu etdiyi digər çıxışlarındakı kimi Birləşmiş Millətlər Təşkilatı və dünya qüdrətlərini ona yardım etməyə çağırıb. O, Rusiyanın liman şəhəri Mariupolu dağıtmasını Suriya və Rusiyanın Suriya müharibəsi zamanı Hələb şəhərini dağıtmasına bənzədib.

“Onlar bizim limanlarımızı məhv edirlər,” Zelenski deyib. “Ukraynadan ixracın olmaması dünya boyu ölkələrə zərbə vuracaq.”

Ukrayna buğdasını itirmək Misir kimi bu ixracdan asılı Yaxın Şərq ölkələrini narahat edir.

Zelenski ölkələri enerji ixraclarını artırmağa çağırıb ki, bu da çox mühümdür, çünki Qətər təbii qaz ixracında dünya lideridir. Qərbin sanksiyaları Avropa ölkələri üçün mühüm olan Rusiyanın ixracını kəsib.

İclasda Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan da iştirak edib. Dünyanın ən böyük neft ixracatsçısı olan Səudiyyə Ərəbistanı deyib ki, hələ ki, OPEC+ təşkilatının Rusiya və digər istehsalçılarla razılaşdığı hasilat cədvəlinə əməl edəcək. Krallıq həmçinin bildirib ki, Yəməndə husi üsyançılarından hücumlara qarşı mübarizə apardığı bir vaxt qiymət artımına görə məsuliyyət daşımayacaq.

Zelenski Rusiyanı dünyanı nüvə silahları ilə təhdid edərək döyüş meydançasında taktiki nüvə silahlarından istifadə ehtimalını artırdığına görə qınayıb.

“Rusiya qəsdən nüvə silahları ilə təkcə müəyyən bir ölkəni deyil, bütün planeti məhv edə biləcəyi ilə öyünür,” Zelenski deyib.

O qeyd edib ki, Ukraynadakı müsəlmanlar qarşıdan gələn Ramazan ayında da döyüşməli olacaqlar.

“Biz müqəddəs Ramazan ayının Ukraynadakı insanların səfalətinin kölgəsində qalmamasını təmin etməliyik,” o deyib.

Bu arada isə Qətərin hakim əmiri isə İsrailin son 70 ildə fələstinlərə qarşı rəftarını qınayıb və dünyanı Rusiyanın Ukraynadakı müharibəsi ilə birlikdə pik həddə çatan artan qlobal hərbiləşməyə qarşı çıxmağa çağırıb.

Şeyx Təmim bin Həmad Əl Tani anti-semitizm ilə İsraili fələstinlilərin öz dövlətlərini qurmağa ümid etdikləri torpaqlarını işğal etdiyinə görə qınaya bilmək arasında xətt çəkib. Şeyx Təmimim sözləri Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri 2020-ci ildə İsraillə diplomatik münasibətlərini bərpa edəndən sonraya təsadüf edib.

“Burada qeyd etmək lazımdır ki, indi İsrailin siyasətini qınayan hər kəsə qarşı yanlış olaraq anti-semitizm ittihamları irəli sürülür. Bu isə irqçilik və həqiqi anti-Semitizmlə mübarizəyə təsir göstərir,” Şeyx Təmim deyib.

“Həmrəyliyi vurğulayaraq, bu kontekstdə 70 ildən çoxdu İsrailin işğalından və beynəlxalq laqeydlikdən əziyyət çəkən milyonlarla fələstinlini xatırlatmaq istəyirəm,” o deyib.

İsrailin Xarici İşlər Nazirliyi şərh istəyinə dərhal cavab verməyib. Həmin gün İsraildə bütün hökumət idarələri bağlı olub.

Lakin İsrail və Qətər Həmasın nəzarət etdiyi Qəzzə zolağında gərginliyi azaltmağı müzakirə ediblər. Regiondakı islamçı qrupları dəstəkləyən Qətər İsrailin icazəsi ilə Qəzzəyə humanitar yardım, o cümlədən nəğd pulla dolu çantalar çatdırmağa başlayıb.

XS
SM
MD
LG