Accessibility links

Ukrayna prezidenti Böyük Yeddilər qrupunun liderləri ilə virtual görüşdə iştirak edir


Qadınlar Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində Rusiyanın hava hücumu nəticəsində dağıdılan mənzillərində əşyaları yığırlar, 7 may 2022-ci il.
Qadınlar Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində Rusiyanın hava hücumu nəticəsində dağıdılan mənzillərində əşyaları yığırlar, 7 may 2022-ci il.

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrinin Böyük Yeddilər G7 qrupunun liderləri ilə virtual görüşür.

Britaniya, Kanada, Fransa, İtaliya, Yaponiya, Almaniya və AB-ın liderləri Ukrayna lideri ilə görüşü Rusiyanın fevral ayında başlanan hərbi müdaxiləsinə işğalına qarşı mübarizə aparan Ukraynaya dəstək nümayiş etdirmək məqsədi daşıyır. G7 Ukraynaya milyardlarla dollarlıq hərbi yardım vəd edib.

Böyük Yeddilər qrupunun liderlərinin bazar günü görüşü Rusiyada Sovet İttifaqının nasist Almaniyası üzərində qələbəsinin 77-ci ildönümünə həsr olunmuş hər il keçirilən Qələbə Gününün qeyd edilməsindən bir gün əvvələ təsadüf edir. Bayram Rusiyanın hər yerində hərbi paradlarla qeyd olunur.

Ukrayna rəsmiləri Rusiyada bazar ertəsi Qələbə Gününün qeyd edilməsi ərəfəsində vətəndaşlara artilleriya atəşi ilə bağlı xəbərdarlıq edib.

Zelenski şənbə günü gündəlik müraciətində Rusiyanın Xarkov vilayətində 18-ci əsrin filosofu və şairi Hrihoriy Skovorodaya həsr olunmuş muzeyi bombalamasını pisləyib.

Zelenski deyib ki, Skovoroda “insanlara həyata əsl xristian münasibətinin nə olduğunu və insanın özünü necə tanıya biləcəyini öyrədən” insan olub.

“Görünür, bu - muzeylər, həyata xristian münasibət və insanların özünü tanıması müasir Rusiya üçün böyük təhlükədir”, Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın 200-ə yaxın mədəniyyət obyektini dağıdıb.

Rusiyanın Ukraynaya təcavüzü “hər bir dövlətə və hər bir xalqa xatırlatmalıdır ki, şər üzərində birdəfəlik qalib gəlmək mümkün deyil”, deyə Zelenski bildirib.

Ukrayna rəsmiləri bazar günü Rusiyanın Ukraynanın şərqində Bilohorivka kəndində məktəbi bombalaması nəticəsində ölənlərin sayının 60-a çatdığını bildirib. 30 nəfərin xilas edildiyi, bomba sığınacağı kimi istifadə edilən ərazidən iki cəsədin çıxarıldığı bildirilib.

XS
SM
MD
LG