Accessibility links

Ukraynada separatçılar mülki vətəndaşları icbari əməyə cəlb edirlər


Kiyevlə separatçı liderlər arasında sülh danışıqlarının başlanmasına bir neçə saat qalmış Ukraynanın şərqində şiddətli döyüşlərin başlandığı xəbər verilir. Şahidlərin dediyinə görə, starteji liman şəhəri Mariupolda dünün gecədən bəri döyüşlər gedir.

Bu arada aparıcı insan haqları qrupu Ukraynanın şərqindəki separatçıları mülki vətəndaşları həbs etməkdə və bəzi hallarda onlardan məcburi əmək üçün istifadə etməkdə ittiham edib.

Human Rights Watch bildirib ki, mülki vətəndaşlar ictimai yerlərdə pivə içmək, komendant saatını pozmaq və ya qeyri-qanuni narkotik maddə istifadə etmək kimi kiçik qanun pozuntularında ittiham edilir. Qrupun bildirdiyinə görə, həbs edilənlər 30 gün müddətinə cəzalandırılır və həmin "cəza briqadası" yer qazır, kisələrlə dolu torpaq daşıyır və ya mətbəxdə işləyirlər.

Bəziləri baş qərargahı Nyu-Yorkda yerləşən təşkilatın nümayəndələri ilə söhbətləri zamanı cəzalarını Ukrayna ilə separatçıların cəbhə bölgəsində, sərhəddə çəkdiklərini deyiblər.

Ukrayna Prezidenti Petro Poroşenko Qərb liderlərinin NATO sammitində güclü dəstək nümayişi ilə qarşılanıb. Uelsdə bir araya gələn NATO ölkələri rəhbərləri Rusiyapərəst qüvvələrin Ukraynanın şərqində irəlilədikləri bir məqamda Kiyevə tam siyasi dəstək verdiklərini ifadə ediblər.

Hərçənd ki, Ukrayna NATO üzvü deyil, Poroşenko alyansın Uels sammitinə dəvət olunub. Burada o, ABŞ Prezidenti Barak Obama, Britaniya Baş Naziri David Kameron və Almaniya Kansleri Angela Merkellə, habelə Fransa və İtaliya liderləri ilə görüşüb.

XS
SM
MD
LG