Accessibility links

Ukraynada bir milyon adam qaçqın düşüb


Atəşkəs haqda müzakirələr artıq bir neçə aydır Ukrayna ordusu ilə Rusiyapərəst separatçılar arasında davam edən qanlı döyüşlərə son qoyulacağına ümid yaradıb. Lakin bu döyüşlərdən qaçan insanlar geri, evlərinə dönməkdən imtina edirlər.

BMT-nin bildirdiyinə dörə, Ukraynanın döyüşlərin getdiyi şərq bölgəsini artıq bir milyondan çox insan tərk edib. Onlardan çoxu Rusiya sərhədlərini keçib, qalanları isə ianələrin yardımı ilə qərb bölgəsində qurulmuş qaçqın düşərgələrinə üz tutub.

Vyaçeslav Zaxarov deyir ki, ianələrin yardımı ilə döyüş bölgəsindən dörd mindən çox insan çıxarılıb. “Biz qaynar xətt təşkil etmişik. İnsanlar bizə müraciət edir, biz onlara haraya, necə getmək və harada görüşmək barədə göstəriş veririk.” deyə Zaxarov bildirir.

Yüzlərlə qaçqın sabiq prezident Viktor Yanukoviçin ailəsinə məxsus, hazırda sanatoriya kimi istifadə edilən evinə sığınıb.

Təçkilatçılardan Zenoviy Dopilka deyir ki, könüllülər qaçqınları yerləşdirmək üçün buranı zəbt ediblər. Bu binanın digər qaçqın düşərgələrindən daha yaxşı olmasına baxmayaraq, Dopilka buradakı bütün otaqlardan istifadə edilə bilmədiyini deyir. “Biz bu binadakı hovuzdan və saunadan istifadə edə bilərdik, lakin burada qızdırıcı cihazlardan ikisi işləmir.Burada isti su qıtlığı var”

Baxmayaraq ki, hökumət qüvvələri rusiyapərəst separatçılar tərəfindən ələ keçirilən ərazilərin çoxunu geri qaytarıb, qaçqınlar geri qayıtmaqdan imtina edir. Siyasi liderlərin atəşkəs barədə bir neçə razılıq əldə etmələri və bu razılığlar pozulduğuna görə Donetskdən gəlmiş Katya və onun ailəsi sülhün tezliklə bərqərar olunacağına inanmır. “Çox danışıqlar oldu, lakin müharibə davam edir. Bunun qarşısını heç nə ala bilməz. Mən atəşkəs razılığına əməl ediləcəyinə inanmıram.”

Luhansk şəhərindən gəlmiş Oksana da iki aydır uşaqları ilə birlikdə bu sanatoriyadadır. Onun da ümidi kəsilib. “Mən evimə qayıtmaq istəyirəm. Mən ümid edirəm, lakin bunun bir möcüzə olacağını düşünürəm. Belə möcüzələr olmalıdır və sülh bərpa olunmalıdır,” deyə, Oksana bildirir.

XS
SM
MD
LG