Accessibility links

Ukrayna Rusiyanın Qara dənizdə bazasının icarə müddətinin uzaldılmasına dair sazişi təsdiq etdi


Parlamentdə müxalif qanunvericilərin etirazlarına baxmayaraq, icarə müddətinin uzadılmasına dair saziş 236 səslə təsdiq edilib.

Ukrayna parlamentində Rusiyanın Qara dənizdə hərbi bazasının icarə müddətinin uzadılmasına dair sazişin ratifikasiyası zamanı qarışıqlıq yaranıb.

Müxalif qanunvericilər spiker Volodimir Litvinə yumurta ataraq, onu çətirlərin altında gizlənməyə məcbur etmişlər. Parlamentdə baş verənlərə baxmayaraq, icarə müddətinin uzadılmasına dair saziş 236 səslə təsdiq edilib.

Minlərlə insan partlament binasının qarşısında Rusiyanın Sevastopol şəhərində hərbi dəniz qüvvələrinin bazasının icarə müddətinin uzadılmasına etiraz olaraq nümayiş keçirib.

Müqaviləyə əsasən Rusiyaya bazadan 2042-ci ilə qədər istifadə etmək hüququ verilir. Bunun müqabilində Rusiya Ukraynaya təbii qazı daha aşağı qiymətə ixrac edəcək.

XS
SM
MD
LG