Accessibility links

Kyiv rusların Baxmutda tükənmə əlamətlərinin olduğunu deyir


NATO-nun baş katibi Qərb ölkələrinə bildirib ki, Rusiya qoşunlarının son sutka ərzində Baxmut şəhərinə çoxsaylı hücumları dəf edilib və o, müttəfiqləri uzun sürən müharibədə Kyivi dəstəkləməyə hazır olmağa çağırıb. Bu barədə martın 23-də Ukrayna hərbçiləri məlumat verib.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının martın 23-nə olan məlumatında Ukrayna müdafiəçilərinin son 24 saat ərzində Rusiyanın 83 hücumunu dəf etdiyi, hücumların əksəriyyətinin Moskvanın şərqdəki hücumlarının episentrinə çevrilmiş Donetsk vilayətinin Baxmut şəhərinə yönəldiyi bildirilir.

Ukrayna ordusu rusların Donetskin digər - Liman, Avdiyivka, Maryinka və Şaxtaryorsk kimi yaşayış məntəqələrinə təzyiqləri davam etdirdiklərini bildirib və xəbər verib ki, "düşmən xeyli canlı qüvvə, silah və hərbi texnika itirib".

İddiaları müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.

Ukrayna quru qoşunlarının komandanı, general Oleksandr Sırski martın 23-də deyib ki, rusların Baxmuta amansız basqıları onların öz gücünə təsirini göstərməyə başlayıb və ukraynalılar "tezliklə" düşməninin zəifliyindən istifadə etməyə hazırlaşır.

"Təcavüzkar canlı qüvvə və texnika itirməsinə baxmayaraq, nəyin bahasına olursa olsun, Baxmutu almaq ümidini itirməyib. Rusiyanın bu sahədəki əsas döyüş qüvvəsi "Vaqner" muzdlu qruplaşmasıdır," Sırski Telegram kanalında yazıb.

Şərqdə döyüşlər getdiyi bir vaxt, martın 22-də Rusiya aviasiyasının Ukrayna şəhərlərinə endirdiyi zərbələr nəticəsində azı 10 nəfər ölüb.

Zelenski Moskvanın ayrı-seçkilik qoymadan mülki şəxslərə hücumlarının Rusiyanın sülhə maraqlı olmadığını göstərdiyini deyib və mülki vətəndaşları hədəfə aldığına görə Rusiyanı "vəhşilikdə" ittiham edib.

Bu arada NATO-nun Baş Katibi Yens Stoltenberq xəbərdarlıq edib ki, Rusiya prezidenti Vladimir Putin sülhün əldə olunmasında maraqlı görünmür və "təmizləmə müharibəsi" ilə məşğuldur.

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG