Accessibility links

Ukrayna ərazisindən Rusiyaya daxil olan diversantların ələ keçirilməsi əməliyyatı davam edir


Rusiyanın Belqorod vilayətində Ukrayna ərazisindən bölgəyə daxil olan diversantların ələ keçirilməsi əməliyyatı ikinci gündür davam edir. Ehtimallara görə, onlar "Rusiya Könüllülər Korpusu" və "Rusiyanın Azadlığı Legionu"nun dəstələridir. Bazar ertəsi onlar Qrayvoronovski rayonunun bir neçə kəndinə hücum edib və bir neçə sərhədçini yaralayıb.

Mayın 23-nə keçən gecə naməlum dronlar yenidən Belqorod vilayətinə hücum edib. Çox ehtimal ki, Belqoroddakı Federal Təhlükəsizlik Bürosunun binasında partlayış səsi eşidilib.

Qubernator Vyaçeslav Qladkovun dediyinə görə, Belqorod vilayətinin Borisovka kəndində pilotsuz uçuş aparatı inzibati binalardan birinə partlayıcı qurğu atıb və binanın dam örtüyü zədələnib. İtki yoxdur. Daha sonra o, ikinci pilotsuz təyyarənin Borisovkada fərdi yaşayış evinin dam örtüyü zədələdiyini bildirib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Qrayvoronskda iki şəxsi yaşayış binasına dronlarla hücumlar olub.

Qladkovun sözlərinə görə, Qrayvoronski rayonunun sakinləri hələ öz evlərinə qayıtmamalıdır. Belə ki, hökumət dünən onları oradan təxliyə edib. Dinc sakinlər arasında ölən olmayıb.

Qrayvoronda aparılan təxliyə tədbirləri zamanı 1941-ci il təvəllüdlü qadının dünyasını dəyişdiyi bildirilib. "Düşmənin girdiyi yaşayış məntəqələrində iki yaralı mülki vətəndaşın olduğu barədə məlumat var. Hələlik təhlükəsizlik qüvvələri onlara çata bilməyib" - deyə, Belqorod vilayətinin qubernatoru bildirib.

Qladkovun dediyinə görə, bir gün əvvəl "Rusiya Könüllüləri Korpusu" dəstəsinin daxil olduğu Qrayvoronsk sərhəd rayonunda "Müdafiə Nazirliyi ilə hüquq-mühafizə orqanları birlikdə təmizləmə işləri aparır".

Bazar ertəsi Belqorod vilayətində "antiterror əməliyyatı" rejimi tətbiq edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG