Accessibility links

Ukrayna İlan adasına bayrağını sancıb, Rusiya dərhal hücuma keçib


Ukrayna cümə axşamı Rusiyaya qarşı itaətsizlik nümayiş etdirərək, Qara dənizdəki İlan adasında mavi-sarı bayrağını sancıb. Lakin Moskva tez bir zamanda hücuma keçib və Ukraynanın oradakı hərbi bölməsinin bir hissəsini məhv edib.

Ukraynanın Odessa limanından təqribən 140 kilometr cənubda yerləşən adaya nəzarət lə bağlı mübahisələr 4 ay əvvəl Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı hücumunun başlanğıcından bəri mövcuddur.

Müharibənin ilk günlərində ukraynalı əsgərləri "Moskva" hərbi gəmisinin təslim olmaq tələbinə kobudcasına cavab verdikdən sonra Rusiya adanı atəşə tutub. Ukrayna əsgərlərinin itaətsizliyini qeyd edən xatirə markası buraxıb.

Rusiya xoşməramlı jest olaraq geri çəkildiyini iddia etsə də, Ukrayna keçən həftə adanı ələ keçirib.

Ukrayna əsgərləri Qara dənizdəki İlan adasında mavi-sarı bayrağını sancır
Ukrayna əsgərləri Qara dənizdəki İlan adasında mavi-sarı bayrağını sancır

Ukrayna əsgərləri cümə axşamı dağılmış binanın qalıqlarının yaxınlığındakı yamacda mavi və sarı rəngli dövlət bayrağını qaldırıb.

Ukrayna prezidentinin aparat rəhbəri Andriy Yermak bu məqamın yaxın aylarda bütün Ukraynada təkrarlanacağını bəyan edib.

"Ukraynanın bayrağı İlan adasındadır. Ukraynanın hazırda müvəqqəti işğal altında olan şəhərlərindən belə videolar daha çox olacaq" - deyə, o, Telegram-da yazıb.

Lakin Odessa vilayəti administrasiyasının sözçüsü Serhiy Bratçuk Rusiyanın adanın yeni sakinlərinə endirdiyi raket zərbəsi doka ciddi ziyan vurduğunu bildirib.

Volodimir Zelenski Rusiyanın ölkənin şərq hissəsindəki Donbas bölgəsini ələ keçirməyə çalışdığını deyib və Ukraynanın bütün ərazisinə nəzarəti bərpa edəcəyinə söz verib.

"Biz bütün cənubumuz üçün, bütün Ukrayna Donbası üçün vuruşuruq – ən ağır qarşıdurma hazırda orada, Slovyansk və Baxmut yaxınlığındadır. Biz Xarkiv vilayəti üçün döyüşürük. İşğalçılar düşünməsinlər ki, onların bu torpaqda qaldıqları müddət uzunömürlüdür"- deyə, Zelenski bildirib.

Çərşənbə günü Ukrayna rəsmiləri Donbasın bir hissəsi olan Donetsk vilayətində Rusiyanın yeni hücumlara başladığı üçün qalan sakinlərə daha təhlükəsiz bölgələrə qaçmağı tövsiyə edib.

Rusiya son günlər qonşu Luhansk vilayətini tamamilə ələ keçirdiyini bildirdikdən sonra artıq Donetsk vilayətinin yarıdan çoxuna nəzarət edir.

Luhansk qubernatoru Serhiy Haiday çərşənbə günü bu iddianı rədd edərək, Lisiçansk şəhəri ətrafında hələ də şiddətli döyüşlərin getdiyini bildirib. Ukrayna qüvvələri bazar günü şəhərdən geri çəkilib və Ukrayna rəsmiləri bunu qoşunları gələcək döyüşlər üçün saxlamaq üçün taktiki addım kimi qiymətləndirib.

XS
SM
MD
LG