Accessibility links

Azad edildikdən bir il sonra Ukraynanın Buça şəhəri Rusiya vəhşiliyinin simvoluna çevrilib


Azad edildikdən bir il sonra Ukraynanın Buça şəhəri Rusiya vəhşiliyinin simvoluna çevrilib
please wait

No media source currently available

0:00 0:03:55 0:00

Azad edildikdən bir il sonra Ukraynanın Buça şəhəri Rusiya vəhşiliyinin simvoluna çevrilib

Ukrayna qüvvələrinin Kyiv yaxınlığındakı Buça şəhərini rus qoşunlarından azad etməsindən bir il sonra bu şəhər rus vəhşiliklərinin simvolu və müharibədə dönüş nöqtəsi kimi dayanır. İşğal zamanı geniş dağıntılar olub. Kyiv vilayətində 38-i uşaq olmaqla, 1374 dinc sakin həyatını itirib.

Ukrayna qüvvələri keçən il martın 31-də Kyivin ətrafındakı ərazini Rusiya qoşunlarından azad edib. Geri çəkilən rus qoşunları arxalarında yanmış binalar, küçələrdə cəsədlər və kütləvi məzarlıqlar qoyub gedib. Kyiv vilayətində 1374 nəfər qətlə yetirilib.

Bir il sonra Buça Rusiyanın müharibədəki vəhşiliklərinin episentrinə çevrilib. Şəhərin meri Amerikanın Səsi ilə birlikdə Rusiyanın işğalı zamanı yerli əhalinin həlak olanların cəsədlərini basdırdığı kütləvi məzarlığa aparır.

Mer Anatoli Fedoruk eksqumasiyanı xatırladıb. Avropa İttifaqının prezidenti və digər Avropa liderləri də orada olub. "Eksqumasiyanın ilk günündə [Avropa Komissiyasının prezidenti] Ursula Fon Der Leyen, Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri cənab [Cozep] Borell, beş Avropa ölkəsinin baş nazirləri burada idi və bir gün sonra o, [Van Der Leyen] Avropa parlamentində, "Mən orada idim və olanları gördüm" deyib.

Avropa İttifaqının rəhbəri Ursula Von Der Leyen Rusiyanın hərəkətlərini "ağılasığmaz" adlandırıb. "Burada, Buçada biz insanlığımızın məhv olduğunu gördük. Bütün dünya Buça xalqı ilə birlikdə yas tutur və onlar, sizin dediyiniz kimi, Avropanın sərhədini qoruyan, insanlığı, demokratiyanı müdafiə edir. Buna görə də biz bu mühüm mübarizədə onların yanındayıq".

"Müqəddəs Andriy və Bütün Müqəddəslər" kilsəsində hələ də artilleriya atəşinin izləri görünür. Müqəddəs Ata Andriy Halavin öldürülənlərin çoxunu tanıyırdı. "Kilsənin qarşısındakı evdə 2014-cü ildə Donbasdakı müharibədən qaçan ailə yaşayırdı. Yenə qaçmağa çalışsalar da, onların maşını atəşə tutuldu, əri maşından çıxa bildi, lakin ayağını itirdi, ana və iki uşaq isə maşında yandı".

Mer Fedoruk rus ordusunun şəhəri necə böldüyünü, xalqı dəhşətə gətirdiyini, heç kəsi şəhəri tərk etməyə imkan vermədiyini xatırlayır. "Onlar şəhəri (ə) girov götürdülər və Kyivi buradan atəşə tutmaq üçün canlı qalxana çevirdilər".

Mer Amerikanın Səsinə 100-dən çox naməlum cəsədin basdırıldığı yeri göstərir. Onun sözlərinə görə, Rusiya qüvvələri ukraynalı olduqlarını qürurla bəyan edən çox insanı hədəf alıb. "Onlar hərbi və siyasi rəhbərliyinin əmrini yerinə yetirərək ad və ünvan siyahısına uyğun küçə-küçə gəzib təmizləmə əməliyyatına başladı. Biz Kyivətrafı qəsəbəyik və burada ictimai rəy liderləri, hökumət rəsmiləri, parlamentin indiki və keçmiş deputatları yaşayır".

Şəhərdə yaşayan tanınmış ukraynalıların evləri və arxivləri ya zədələnib, ya da tamamilə dağıdılıb.

Merin dediyinə görə, tapılan cəsədlərin 98%-i yerli sakinlərdir. Onların ailələri ədalət tələb edir. "Ukrayna ərazisini azad etdikdən sonra dünyanın hərbi tribunalının keçirilməsi bizim üçün çox vacibdir. Pislik cəzalanmalıdır".

Azad olduqdan bir il sonra dünya liderləri, sənət adamları və məşhurlar rus vəhşiliyini görmək və ədalət çağırışına qoşulmaq üçün Buçaya gəlir.

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG