Accessibility links

ABŞ Ukraynaya dəstəyi davam etdirəcəyini deyir


ABŞ Ukraynaya dəstəyi davam etdirəcəyini deyir
please wait

No media source currently available

0:00 0:03:19 0:00

ABŞ Ukraynaya dəstəyi davam etdirəcəyini deyir

Rusiyanın bir il əvvəl Ukraynanı işğalından bəri ABŞ Konqresi Kyivə 112 milyard dollardan çox yardım ayırıb. Amerikanın Səsinin Konqres müxbiri Katerin Gipson bu yardımın həcmindən və bundan sonra nələr baş verəcəyindən danışır.

Ukrayna prezidentinin keçən ilin dekabrında ABŞ Konqresinə verdiyi söz... "Pulunuz xeyriyyəçilik deyil. Bu, qlobal təhlükəsizlik və demokratiyaya sərmayədir və biz buna ən məsuliyyətli şəkildə yanaşırıq".

İşğalın bir illiyini qeyd edərkən ABŞ prezidenti Co Bayden əlavə yarım milyard yardım vəd edərək, Ukraynaya dəstəkdən imtina etməyəcəyini deyib. "Ölkəmin hər yerində, böyük şəhərlərdə və kiçik qəsəbələrdə Amerika evlərində Ukrayna bayraqları dalğalanır. Son bir ildə bizim ABŞ Konqresindəki Demokratlar və Respublikaçılar azadlığı müdafiə üçün bir araya gəlib'.

İşğalın ilk günlərində ABŞ qanunvericilərinin reaksiyası tez oldu və onlar yardım üçün ümumi dəstəyin Amerikanın təhlükəsizliyinin açarı olduğunu dedi. Respublikaçı senator Ceyms Riç: "Həm ABŞ, həm də dünyadakı müttəfiqlərimiz Ukraynanın müdafiəsini, onun xalqını, ərazisini və həyat tərzini Rusiyanın təcavüzündən qorumaq üçün tez bir zamanda razılığa gəldi".

Konqres nəticədə ABŞ-ın İraqdakı müharibəsindən sonra xarici münaqişə üçün ən böyük yardım paketini göndərməli idi. Corctaun universitetindən Mat Qlassman: "Bizdə elə bir vəziyyət yaranmışdı ki, administrasiya cüzi deyil, böyük məbləğdə pul tələb edirdi. İki partiyalı Kapitolidəki bir çox insan daha da irəli gedilməsini və Ukraynaya daha çox və daha güclü silahlar verilməsini istədi. Və bu, Amerika tarixində qeyri-adi bir haldır. Bir qayda olaraq, prezidentlər bu cür beynəlxalq münaqişələrin kənarında qalır".

Lakin bir ildən sonra ABŞ-da ictimai dəstəyin yumşaldığı görünür. Associated Press-in 2023-cü ilin fevralında keçirdiyi sorğuya görə, amerikalıların 48 faizi silah göndərilməsinin tərəfdarıdır. Keçən ilin may ayında keçirilən sorğu zamanı bu addımı 60 faiz dəstəkləyirdi. Konqresin Ukraynaya dəstəyi hələ də güclü olsa da, lakin bunun nə qədər və nəvaxta qədər olacağına dair fikir ayrılıqları artır. Rayan Zinke: "Plan nədən ibarətdir? Bu sadəcə Ukraynada boş bir çek verməkdir. Unutmayın ki, biz Ukraynaya silah göndərəndə onların haraya getdiyinə nəzarət edə bilmirik, çünki onlara boş çek vermişik. Mən boş çekləri sevmirəm".

Ukrayna daxilindəki korrupsiya ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün addımlar atıb və ABŞ qanunvericiləri oraya səfər edərkən gördükləri nəticələrdən razı qaldıqlarını bildirib. Senator Lindsi Qraham: "Biz hərbi yardımımız lazım olan yerə getdiyindən əmin olduq və orada hesabat və şəffaflıq var."

Senatın xarici siyasət üzrə qanunvericiləri deyirlər ki, Ukraynadakı müharibə ABŞ-ın siyasətinə onilliklər boyu təsir edəcək. "Təhlükə altında olan təkcə ukraynalıların azadlığı deyil ki, bu da özlüyündə vacibdir, həm də xarici əraziləri zorla ələ keçirə bilməmək mövqeyidir. Çünki bu, gündəlik nir qaydayaçevrilə bilər və bir çox zalım və avtoritarlar var ki, buna can atacaq" - deyə, senator Menendez bildirir.

Münaqişənin sonu görünmədiyi üçün ABŞ Konqresinin yaxın aylarda əlavə yardımı müzakirə edəcəyi gözlənilir.

XS
SM
MD
LG