Accessibility links

Ukrayna kəşfiyyatı pilotsuz təyyarələri ilə Krım bölgəsində Rusiyanın "Kalibr" raketlərini məhv etdiyini deyir


Martın 20-də axşam saatlarında ilhaq edilmiş Krımın Cankoy şəhərində güclü partlayış səsləri eşidilib. Yerli Teleqram kanallarının məlumatına görə, partlayış səsləri hərbi aerodrom ərazisində eşidilib. Versiyalardan biri Ukrayna pilotsuz təyyarələrinin şəhərə hücum etməsidir. Yerli "hökumət" hava hücumundan müdafiə sisteminin işə elan etdi.

Rusiyanın Cankoydakı hökumətinin nümayəndələri Ukrayna pilotsuz təyyarələrinin hücumu nəticəsində bir neçə mülki obyektə ziyan dəydiyini bildirib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bəyan edib ki, Cankoy şəhərində baş verən partlayışlar Rusiyanın "Kalibr NK" qanadlı raketlərinin dəmir yolu ilə daşınması zamanı məhv edilib.

Ukrayna kəşfiyyatı "Müəmmalı "bavovna" (Ukrayna işğal olunmuş ərazilərdə və ya Rusiyada baş verən bütün partlayışları belə adlandırır) Rusiyanın demilitarizasiya prosesini davam etdirir və Ukraynanın Krım yarımadasını işğaldan azad etməyə hazırlayır" - deyə, yazıb.

İlhaq edilmiş Krımın "rəhbərinin" müşaviri Oleq Kryuçkov Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatını təkzib edib. Onun sözlərinə görə, dəmir yolu və infrastruktura ziyan dəyməyib, qatarlar qrafikə uyğun hərəkət edir.

O, həmçinin bildirib ki, "Krımın şimalında bütün pilotsuz təyyarələrlə edilən hücumların məqsədi mülki obyektlər olub".

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG