Accessibility links

Ukraynanın şərqində ağır döyüşlər davam edir, Rusiya daha çox enerji obyektlərini hədəf alır


Ukrayna ordusu noyabrın 18-də bildirib ki, Moskva Ukraynanın enerji infrastrukturunu hədəfə almağa davam etdiyi və qış mövsümü başlamadan öncə elektrik enerjisi və qaz təchizatında çatışmazlıqlara və fasilələrə səbəb olduğu bir vaxt, Ukrayna qüvvələri şərqdə Rusiyanın çoxsaylı hücumlarını dəf edib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, ordu Şərqi Donetsk və Luhansk vilayətlərindəki səkkiz məntəqədə, o cümlədən Luhanskda Novoselivske və Stelmaxivka, Belohoryivka və Pervomayske, Vodyane və Donetskdə Novomıxaylovkada Rusiyanın hücumlarına qarşı mübarizə aparıblar.

Prezident Volodimir Zelenski noyabrın 17-də gecə müraciətində Rusiyanın yeni raket zərbələri dalğasından sonra 10 milyon ukraynalının işıqsız qaldığını bildirib.

Zərbələr zamanı azı 7 nəfər ölüb, bu sayın artacağı gözlənilir.

"Biz təchizatın normallaşdırılması üçün hər şeyi edirik" – deyə, Zelenski bildirib.

Ukraynanın hava hücumundan müdafiə qüvvələri altı qanadlı raket və beş dronu vura bilib.

Ukraynalı mütəxəssislər gecə-gündüz işləyən Ukraynanın mərkəzi bölgələrindəki bir sıra rayonlarda istehlakçıların təxminən 70 faizinin elektrik enerjisini bərpa etdiklərini bildiriblər, lakin xəbərdarlıq ediblər ki, Xerson vilayətində geri çəkilən Rusiya qüvvələrinin yerləşdirdiyi minalarla çalışmalar ləngiyir.

Dövlət elektrik şirkəti qeyd edib ki, noyabrın 15-də Rusiyanın raket hücumları dalğası 15 enerji obyektinə ziyan vurub və nəticədə minlərlə kilometr yüksək gərginlikli xətlər işləmir.

“Naftohaz” dövlət enerji şirkətinin rəhbəri Aleksey Çernişov Ukraynanın şərqində Rusiya “qaz hasilatı infrastrukturuna kütləvi hücuma keçib” deyib.

Bu arada Ukraynanın bu yaxınlarda azad edilmiş cənub Xerson vilayətində müstəntiqlər Rusiya qüvvələrinin geri çəkilməsindən sonra işgəncə izləri olan 63 cəsəd aşkar ediblər. Bu barədə ölkənin daxili işlər naziri Denis Monastırski dövlət televiziyasında çıxış edərkən bildirib.

Ukraynanın yüksək səviyyəli insan haqları müstəntiqi noyabrın 17-də Rusiya qüvvələrinin Xersonda istifadə etdiyi işgəncə kamerasının, o cümlədən eyni vaxtda 25 nəfərin saxlandığı kiçik otağın videosunu yayıb.

Videonu parlamentin insan hüquqları üzrə komissarı Dmitri Lubinets sosial şəbəkədə paylaşıb.

Noyabrın 17-də axşam saatlarında ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli ukraynalı həmkarı, baş komandan general Valeri Zalujnı ilə danışıb.

XS
SM
MD
LG