Accessibility links

Almaniyanın bir sıra şəhərlərində Rusiya tərəfdarlarının yürüşü və Ukraynaya dəstək nümayişləri keçirilib


Aprelin 10-da Almaniyanın bir sıra şəhərlərində onların sözlərinə görə, ruslara qarşı ayrı-seçkiliyə etiraz edərək küçələrə çıxan Moskva tərəfdarları Rusiyanın Ukraynaya qarşı qəddar hərbi müdaxiləsinə etiraz edən nümayişçilərlə üz-üzə gəlib.

Almaniya polisi zorakılığın qarşısını almaq üçün vaxtaşırı iki qrupu ayırmalı olub. Qarşıdirma zamanı azı iki nəfər həbs edilib.

Almaniyanın Bild qəzetinin verdiyi məlumata görə, ölkənin şimalında yerləşən Hannover şəhərindəki motosiklet yürüşündə təxminən 650 Rusiya tərəfdarı nümayişçi iştirak edib.

Ölkənin maliyyə paytaxtı olan Frankfurt şəhərinin polisi yüzlərlə insanın Rusiya tərəfdarlarının aksiyasına qatıldığını bildirib.

Frankfurt bələdiyyəsi motosiklet yürüşünə dair müraciəti rədd edib.

Etirazçılar rusdilli vətəndaşlara qarşı “nifrət nitqi” və “ayrı-seçkiliyə” son qoymağa çağırıb.

Almaniya polisi Rusiya prezidenti Vladimir Putinin fevralın 24-də Ukraynaya qarşı hərbi müdaxiləyə başlamasından sonra Rusiyaya qarşı 383 və Ukrayna əleyhinə 181 qanun pozuntusunu qeydə alıb.

Almaniyada 1,2 milyon Rusiya, 25 min Ukrayna əsilli insan yaşayır.

Hannoverdə etirazçılar avtomobillərini Rusiya və Almaniya bayraqları ilə bəzəyib. Bild qəzetinin bildirdiyinə görə, mitinqin başlaması əks-etirazçılar tərəfindən gecikdirilib.

Rusiya tərəfdarı nümayişçilərə Almaniyanın Ukraynaya qarşı təcavüz və işğalın rəmzi hesab etdiyi V və ya Z simvollarını daşımaq qadağan edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG