Accessibility links

Xarkiv vilayətində Rusiya hərbçiləri tərəfindən yaradılmış 10 işgəncə kamerasının aşkar edildiyi deyilir


Ukrayna Milli Polisinin (NPU) rəhbəri İqor Klimenko brifinq zamanı ukraynalı müstəntiqlərin Xarkiv vilayətinin işğaldan azad edilmiş ərazisində Rusiya hərbçiləri tərəfindən yaradılmış 10 işgəncə kamerası aşkar edildiyini bildirib.

Klimenkonun sözlərinə görə, işgəncə kameralarından biri Balakleyadakı polis idarəsində yaradılıb. Həmin kamerada 40-a yaxın insan saxlanılıb və onlar təxminən 48 günə qədər orada qalıb. Ukrayna Milli Polisinin rəhbəri ikinci işgəncə kamerasının Rusiya hərbçiləri tərəfindən şəhər mətbəəsinin binasında yaradıldığını deyib.

"İşgəncələr olub. Biz insanların əllərində elektrik naqillərinin izlərini gördük. Dindirmə zamanı onlara naqillər vasitəsilə cərəyan keçiriblər. Çəkiclər və boğucu alətlər tapılıb. Hazırda insanlara dəymiş ziyanın dərəcəsini müəyyən etmək üçün istintaq aparılır" - deyə, o bildirib.

Klimenko polisin İzyumda tapdığı daha altı işgəncə kamerasından da danışıb. Onun sözlərinə görə, Rusiya ordusunun işgəncələrlə məşğul olan bölmələri artıq müəyyən edilib, onlar Tolyattidən olan OMON, Milli Qvardiya bölmələri, Federal Təhlükəsizlik Xidməti və qondarma “Luhansk Xalq Respublikası”nin hərbi qulluqçularıdır.

Klimenko bildirib ki, işgəncələrə məruz qalanlar arasında xarici ölkə vətəndaşlarının da olduğu müəyyən edilib. Onların Şri-Lankadan Tibb Kollecində təhsil alan yeddi tələbə olduğu aşkar edilib.

Klimenko qeyd edib ki, son bir həftə ərzində Rusiya Federasiyasının hərbi cinayətləri ilə bağlı 204 cinayət işi açılıb.

Milli Polisin rəhbəri sentyabrın 15-də İzyum yaxınlığındakı meşələrdə tapılan kütləvi məzarla bağlı vəziyyəti də şərh edib.

"Bu gün orada 445-ə yaxın cəsəd var. Xəsarətlərin xarakteri, insanların ölüm şəraiti və səbəbləri müəyyənləşdirilir. Mart ayından bəri orada basdırılan ölənlərin cəsədlərinin eksqumasiyası və şəxsiyyəti müəyyən edilməlidir. Bu, uzun işdir, həftələrlə davam edəcək. Lakin biz bunu başa çatdıracağıq və bunu kimin etdiyini müəyyənləşdirəcəyik”, Klimenko söz verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG