Accessibility links

Rusiya qüvvələri Xarkiv vilayətindəki xəstəxananı vurub


Rusiya qüvvələri Xarkiv vilayətinin Kupyansk rayonundakı xəstəxananı vurub. Xarkiv vilayəti administrasiyasının rəhbəri Oleq Sinequbov Telegram kanalında bir anestezioloq həkimin öldüyünü, bir tibb bacısının yaralandığını bildirib.

Onun sözlərinə görə, bina birinci mərtəbədən dördüncü mərtəbəyə qədər demək olar ki, tamamilə dağılıb. Xilasedicilər və hüquq-mühafizə orqanları hadisə yerindədir. Zərərçəkənlər barədə məlumat hələ də dəqiqləşdirilir.

Ukrayna qüvvələri Rusiya ordusu tərəfindən fevral ayında işğal edilən Kupyanskı sentyabrda geri alıb. Kupyansk Donbasdakı Rusiya qoşunlarının təchizatı üçün strateji əhəmiyyətli yer sayılır.

Sinequbov oktyabrın 1-də bildirib ki, Xarkiv vilayətinin Kupyansk rayonunda mülki avtomobillərin güllələnmiş korteji aşkar edilib. Ukrayna təhlükəsizlik xidmətinin məlumatına görə, atışma sentyabrın sonunda Luhansk vilayətinin Rusiya tərəfindən işğal olunmuş Svatovo şəhəri ilə Kupyansk arasındakı “boz” zonada baş verib.

"Sentyabrın sonunda raşistlər 7 maşından ibarət karvanı tamamilə məhv edib. 10-u uşaq olmaqla, azı 20 nəfər həlak olub," AzadlıqRadiosunun Ukrayna xidməti Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini icra edən Vasili Malyuka istinadən bildirib.

XS
SM
MD
LG