Accessibility links

Xarkov vilayətinin Rusiya qüvvələri tərəfindən işğalı dövrü aparılan 300 uşaqdan 37-si Ukraynaya qaytarılıb


Zorla Rusiyaya aparılmış uşaqlardan 37-si Ukraynaya qaytarılıb
Zorla Rusiyaya aparılmış uşaqlardan 37-si Ukraynaya qaytarılıb

Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin einteqrasiya Nazirliyinin bildirdiyinə görə, bu ilin avqust ayında Xarkiv vilayətinin Rusiya qüvvələri tərəfindən işğal olunmuş hissəsindən deportasiya edilmiş 37 uşaq Ukraynaya qaytarılıb.

Reinteqrasiya Nazirliyi bu uşaqların Xarkiv vilayətinin yaşayış məntəqələrindən Rusiyanın Krasnodar vilayətinin Kabardinka kəndinə zorla aparıldığını bildirib. Jurnalist Anton Naumlyuk öz Twitter səhifəsində uşaqların iki ay “Medvejonok” uşaq düşərgəsində saxlandığını yazıb.

"Hazırda ailələr yenidən birləşib və Zakarpatiyada təhlükəsiz yerdədirlər. Onlar Belki və Horinçovo kəndlərində məcburi köçkünlər üçün sığınacaqlara yerləşdirilib. Yeni təmir edilmiş və təchiz olunmuş binalarda rahat yaşayış şəraiti Zakarpatya regional vilayət administrasiyası tərəfindən təmin edilib. Beynəlxalq təşkilatlar uşaqları lazımi əşyalarla təmin edib” - deyə, idarənin açıqlamasında bildirilib.

Uşaqların qaytarılması prosesi mürəkkəb keçib, belə ki, valideynlər onların yanına getmək üçün bir neçə Avropa ölkəsindən keçməli olublar.

Kavkaz.Realii saytının bildirdiyinə görə, sentyabrın ortalarında "Medvejonok" uşaq düşərgəsinin rəhbərliyi Xarkiv vilayətindən olan uşaqların qalma müddətini uzatmaq qərarına gəlib.

"Uşaqlar oktyabrın 10-dək burada qalacaq. Onları həmin ərazini onlarla birlikdə tərk edənlər müşayiət edir" - deyə, düşərgənin direktoru İrina Mojarova bildirib. O, bunun Ukraynadakı "son hadisələr"lə əlaqədar olduğunu deyib.

XS
SM
MD
LG