Accessibility links

Xerson atəşə tutulmaqda davam edir, ölən və yaralananlar var


Şəhər hərbi administrasiyasının rəhbəri Roman Mroçkonun bildirdiyinə görə, Rusiya ordusunun Xersonun mərkəzini atəşə tutması nəticəsində bir qadın ölüb, iki nəfər yaralanıb.

Mroçko səhər saat 9:00 radələrində çoxmərtəbəli binanın atəşə tutulduğunu bildirib. Hücum zamanı Xerson şəhər administrasiyasının və şəhərsalma, memarlıq və torpaq resursları idarəsinin əməkdaşları küçədə olublar.

Nəticədə bir qadının qarın nahiyəsindən və sol çiynindən yaralandığı, vəziyyətinin ağır, daha bir nəfərin isə vəziyyətinin orta ağır olduğu və xəstəxanaya yerləşdirildiyi bildirilib.

Novoraysk qəsəbəsində 68 yaşlı qadının üzərinə drondan partlayıcı atılıb. Partlayış nəticəsində o, baş, göz və ayaq nahiyələrindən xəsarətlər alıb.

2022-ci ilin payızında işğaldan azad edildikdən sonra Xerson Rusiya ordusu tərəfindən hər gün atəşə tutulur. Xerson vilayəti administrasiyasının rəhbəri Aleksandr Prokudinin dediyinə görə, son 24 saat ərzində Rusiya qoşunları bölgəni 94 dəfə atəşə tutub, minaatan, artilleriya, tank, pilotsuz uçuş aparatları və havadan 510 mərmi atıb.

Oktyabrın 30-da Rusiya Xersonu atəşə tutarkən, mərmilərdən biri avtobusun yaxınlığına düşüb. Nəticədə 2-si kişi, 5-i qadın olmaqla, 7 nəfər müxtəlif dərəcəli qəlpə yarası alıb. Kyiv vaxtı ilə saat 15:00-dan sonra Rusiya ordusu Xerson vilayətinin Kindeyka kəndinin qəbiristanlığını atəşə tutub. Nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb.

Forum

XS
SM
MD
LG