Accessibility links

Ukrayna: Rusiya Kyivə pilotsuz təyyarələrlə hücum edir


Ukrayna rəsmilərinin çərşənbə günü bildirdiyinə görə, Rusiyanın Ukraynanın paytaxtı Kyivə İran istehsalı pilotsuz təyyarələrlə hücumu iki inzibati binaya ziyan vurub.

Kyievin meri Vitali Kliçko şəhərin mərkəzindəki Şevçenkivski rayonunda partayışlar baş verdiyini bildirib. Ölənlərin olub-olmadığı barədə məlumat verilməyib.

Ukrayna ordusu Hava Hücumundan Müdafiə Qüvvələrinin Rusiyanın Ukraynanın bir çox şəhərlərinə genişmiqyaslı hücumları zamanı istifadə etdiyi 13 eynitipli Şahed dronunu vurduğunu bildirib.

"Kyivə daha bir genişmiqyaslı dron hücumu. Aydındır ki, Rusiya hərbçiləri yalnız dinc şəhərlərə hücum edərkən özlərini inamlı hiss edir" - deyə, Ukrayna Müdafiə Nazirliyi Tvitter hesabında yazıb.

Avropa İttifaqı bu həftə Rusiyanın Ukraynadakı müharibəsində istifadə etdiyi pilotsuz təyyarələrin hazırlanması və təchizatındakı roluna görə İrana qarşı əlavə sanksiyalar tətbiq edib.

Çərşənbə günü Ukrayna prezidenti Volodimir Zelenski Yeni Zelandiyanı Rusiyanın Ukraynadakı 10 aylıq müharibəsində əsasən diqqətin ətraf mühitə təsirlərinə yönələn sülh planının yaradılmasında dəstəyə çağırıb.

Zelenski video-müraciətində Yeni Zelandiya parlamentinin millət vəkillərinə Rusiyanın hücumlarının çayları çirkləndirdiyini, kömür mədənlərini su basdığını və kimyəvi obyektləri məhv etdiyini bildirib.

Onun sözlərinə görə, Ukrayna ərazisinin 174 min kvadrat kilometri mina və partlamamış hərbi sursatlarla çirklənib.

"Məhv olmuş iqtisadiyyat və infrastruktur bərpa oluna bilər. Bu, illər çəkir. Lakin siz məhv olmuş həyatı bərpa edə bilmədiyiniz kimi məhv edilmiş təbiəti də bərpa edə bilməzsiniz" - deyə, Zelenski bildirib.

Çərşənbə axşamı gecə video-müraciətində Zelenski iki konfransdan sonra 1 milyard dollardan çox yardım vəd edərək, ölkəsini dəstəklədiklərinə görə 70-ə yaxın ölkə və quruma təşəkkür edib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG