Accessibility links

Ukrayna cümə günü Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub


Ukrayna rəsmilərinin bildirdiyinə görə, cümə günü ordu Kyiv səmasında Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub.

Hərbi Hava Qüvvələrinin bəyanatında deyilib ki, hava hücumundan müdafiə qüvvələri 15 qanadlı raket və 21 pilotsuz uçuş aparatını məhv edib.

Rəsmilər dağıntılar nəticəsində azı iki nəfərin yaralandığını bildirib.

Britaniya Müdafiə Nazirliyi cümə günü Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı kəşfiyyat məlumatında bildirib ki, Rusiya indi özünün sərhəd bölgələrində müdafiəsini, yoxsa işğal olunmuş Ukraynada öz mövqelərini gücləndirmək kimi “kəskin dilemma” ilə üzləşib.

Bu arada, cümə axşamı Ukrayna prezidenti Volodimir Zelenski insanların Kyivdəki sığınacaq axtardığını, lakin sığınacaqların bağlı olduğu xəbərlərinə münasibət bildirib. "Sığınacaqların gecə-gündüz əlçatan olmasını təmin etmək yerli hakimiyyət orqanlarının vəzifəsidir və bu, qəti şəkildə yerinə yetirilməlidir" deyib prezident.

Ukrayna lideri deyib ki, "əgər vəzifə borcu yerinə yetirilmirsə, cavabdeh tərəfləri məsuliyyətə cəlb etmək hüquq-mühafizə orqanlarının birbaşa vəzifəsidir".

Ukrayna rəsmilərinin bildirdiyinə görə, cümə axşamı Rusiyanın səhərə qədər Ukraynanın paytaxtı Kyivi hədəf alan raket hücumu 9 yaşlı qız və anası da daxil olmaqla, azı 3 nəfərin ölümünə, 16 nəfərin yaralanmasına səbəb olub.

İyunun ilk günü bir çox ölkələr tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunub. Zelenski cümə axşamı gündəlik müraciətində "Bu gün belə, terrorçu dövlət ukraynalı uşağın həyatına son qoydu" deyib.

XS
SM
MD
LG