Accessibility links

Milli: Ukrayna və Rusiya arasında danışıqlar üçün indi uyğun vaxt ola bilər


Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli
Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli deyib ki, indi Ukrayna və Rusiya arasında sülh danışıqlarına başlamaq üçün ən uyğun vaxt ola bilər.

Pentaqonda keçirilən brifinqdə çıxış edən Milli "Sizin güclü olduğunuz, rəqibinizin zəif olduğu bir vaxt danışıqlar aparmaq olar" deyib.

O, Rusiya tankları, hərbi maşınları, döyüş təyyarələri və vertolyotlarının ağır itkilərinə işarə edərək əlavə edib ki, "Rusiya silahlı qüvvələri böyük çətinliklərlə üzləşib".

Millinin sözlərinə görə, döyüşlər səngiyərsə, bu, siyasi nizamlanma üzrə danışıqlar üçün "pəncərə" aça bilər.

"Mən demək istəyirəm ki, belə bir ehtimal var" - deyə, o bildirib.

Millinin dediyinə görə, hər iki tərəfin hərbi qələbəni tez bir zamanda qazanması çətin olacaq.

Hazırda Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət edən Rusiyanın bütün ölkəni ələ keçirmə şansı "sıfıra yaxındır".

"Eyni zamanda, rusları Ukraynadan hərbi yolla sıxışdırıb çıxarmaq çox çətin məsələdir. Bu, yaxın bir neçə həftə ərzində baş verməyəcək, əgər Rusiya ordusu tamamilə dağılmasa bu, mümkün deyil" , Milli deyib .

Milli və ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynanın qışda da döyüşlər aparacağını, ABŞ və müttəfiqlərinin ona əlavə dəstək və silah verməkdə davam edəcəklərini bildirib. Danışıqlar planını isə məhz Ukrayna müəyyən edəcək.

Biz dəfələrlə demişik ki, buna biz deyil, ukraynalılar qərar verəcək. Və nə qədər lazım olsa, onları dəstəkləyəcəyik" - deyə, brifinqdə iştirak edən Ostin bildirib.

XS
SM
MD
LG