Accessibility links

Kyiv Rusiyanın Qara dənizdəki ən böyük hərbi gəmisini vurduğunu bildirir


Maxar Technologies tərəfindən təqdim edilən bu peyk fotosunda Rusiyanın ilhaq etdiyi Krımın Sevastopol limanında Moskva kreyseri görünür, 7 aprel 2022-ci il.
Maxar Technologies tərəfindən təqdim edilən bu peyk fotosunda Rusiyanın ilhaq etdiyi Krımın Sevastopol limanında Moskva kreyseri görünür, 7 aprel 2022-ci il.

Rəsmi Kyiv Rusiyanın Qara dəniz donanmasının flaqmanı sayılan Moskva kreyserini raketlə vuraraq batırdığını bildirir. Hərbi gəminin sahil zonasından atılan raketlə vurulduğu xəbər verilir.

Rusiya tərəfi hücumu təsdiqləməsə də gəminin sursat partlaması nəticəsində yaranan yanğından sonra fırtınalı dənizdə batdığını bildirib.

Rəsmi Moskva gəmidən 500-dən çox dənizçinin təxliyə edildiyini bildirsə də, ekipajın taleyi müstəqil şəkildə təsdiqlənməyib.

Moskva gəmisi Rusiyanın Qara Dəniz donanmasındakı ən böyük hərbi gəmi idi. Gəmi sahil xətlərinə hücum etmək və təyyarələri vurmaq üçün idarə oluna bilən raketlərlə, eləcə də radarla təchiz edilmişdi.

Müharibənin ilk günü, fevralın 24-də gəmi bir ada forpostunun ukraynalı müdafiəçilərinə təslim olmağı əmr etdi, ancaq onlar cavab olaraq söyüş söydülər. Bu hadisə Kiyevin gəmini vurduğunu deməsindən bir neçə saat əvvəl buraxdığı poçt markasında qeyd olunub.

Prezident Zelenski gecə video müraciətində həmin epitetdən qismən sitat gətirərək, " "Rus gəmilərinin -- yalnız dibə -- gedə biləcəyini göstərənlərə" ehtiramını bildirib.

Rusiya öz dəniz güvvəsindən istifadə edərək Ukrayna limanlarını blokadaya alıb və sahil boyu mümkün amfibiya enişi ilə bağlı təhdid edib. Onun, flaqmanı olmadan, Ukraynanı dənizdən təhdid etmək qabiliyyətinə xələl gələ bilər.

1982-ci ildə Folklend müharibəsində ingilislər tərəfindən torpedo hücumuna məruz qalan Argentinanın General Belgranodan gəmisindən bəri münaqişə zamanı bu cür böyüklükdə heç bir hərbi gəmi batmayıb.

Kyivdə partlayış

Aprelin 15-də Kyivdə rus ordusunun paytaxt yaxınlığından çəkilməsindən sonra şəhərdə ən güclü partlayış səsləri eşidilib. Moskva paytaxtda gəmi əleyhinə raketlər istehsal edən və təmir edilən zavodu vurduğunu bildirib.

Rusiya Müdafiə Nazirliyi həmçinin müharibənin ən ağır döyüşlərinin və ən pis humanitar fəlakətin yaşandığı Mariupoldakı İliç polad zavodunu ələ keçirdiyini bildirib.

Ukrayna isə Mariupolun şimalında yerləşən Popasna və Rubijne şəhərlərində Rusiyanın hücumlarını dəf etdiyini bildirib. Lakin hər iki xəbəri müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.

XS
SM
MD
LG