Accessibility links

Mixaylo Podolyak: Kyivin Rusiya üzərində üçan pilotsuz təyyarələrlə heç bir əlaqəsi yoxdur


Mixaylo Podolyak
Mixaylo Podolyak

Ukrayna Moskvanın 100 kilometrliyinə qədər çatan bir pilotsuz aparat da daxil olmala, Rusiya ərazisinə silsilə uçuşlarla əlaqəsini inkar edib. Kreml orduya hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə göstəriş verib.

Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak martın 1-də Twitter səhifəsində "Ukrayna Rusiya ərazisinə hücumlar həyata keçirmir və Rusiya ərazisinə düşərək, partlayan pilotsuz təyyarələrlə heç bir əlaqəsi yoxdur" yazıb.

Kyiv keçən ilin fevralında Ukraynanı işğal edən Rusiyanın daxilindəki hədəflərə zərbələr endirmək hüququnu özündə saxladığını desə də, münaqişə başlayandan bəri Rusiya torpaqlarında baş verən bir neçə zərbəyə görə məsuliyyəti öz üzərinə götürməkdən imtina edib.

"Ukrayna işğal olunmuş bütün ərazilərinə nəzarəti bərpa etmək məqsədi ilə müdafiə müharibəsi aparır" - deyə, Podolyak əlavə edib.

Bir gün əvvəl Rusiya Müdafiə Nazirliyi zenit bölmələrinin Krasnodar vilayətində iki, Adıgey Respublikasında isə bir pilotsuz təyyarə vurduğunu bildirib. Nazirliyin bildirdiyinə görə, ilk iki pilotsuz təyyarə Tuapse şəhərindəki enerji nəhəngi "Rosneft"ə məxsus neft ehtiyatı bazasının yaxınlığına düşüb və yanğın bazaya çatmayıb.

Bundan əlavə, bir pilotsuz təyyarə Bryansk vilayətində vurulub, digəri isə Moskva yaxınlığındakı Kolomna şəhərinə yaxın bir yerdə qəzaya uğrayıb.

Pilotsuz təyyarələrin heç biri itkilərə səbəb olmasa da, prezident Vladimir Putin martın 1-də ölkənin müdafiə sistemlərinə sərhədin və hava məkanının mühafizəsini gücləndirməyi əmr edib.

Rusiya rəsmiləri daha əvvəl Ukraynanı dronlarla Ukrayna ilə sərhədə yaxın neft emalı zavodları və hərbi obyektlər kimi infrastrukturlara təxribat hücumları həyata keçirməkdə ittiham etmişdi.

XS
SM
MD
LG