Accessibility links

Putin bütün cəbhə xətti boyu 36 saatlıq atəşkəs əmri verib


Kremlin saytına yerləşdirilən məlumata görə, Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyquya yanvarın 6-da saat 12:00-dan başlayaraq saatlıq Ukrayna ilə cəbhə xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.

"Döyüş bölgələrində çox sayda Pravoslav dinli vətəndaşın yaşadığını əsas gətirərək, biz Ukrayna tərəfi atəşkəs elan etməyə və onlara Milad ərəfəsində, eləcə də Milad günü mərasimlərdə iştirak etmək imkanı verməyə çağırırıq" - deyə, Putin vurğulayıb.

Rusiya Federasiyasının prezidenti bu qərarı Rusiya və Ukraynanı Milad bayramları zamanı atəşkəs tətbiq etməyə çağıran patriarx Kirilin müraciəti əsasında qəbul edib.

Ukrayna patriarx Kirilin müraciətini "kin tələsi və təbliğat elementi" adlandırıb. Bunu Ukrayna prezidenti aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak da deyib.

"Rusiya Provaslav Kilsəsi qlobal pravoslavlığın səlahiyyətli orqanı deyil və yalnız müharibə təbliğatçısı kimi çıxış edir. Bu kilsə ukraynalıların soyqırımına çağırır, qətlləri təşviq edir və Rusiyanın daha da hərbiləşdirilməsində israr edir. Buna görə də Rusiya Provaslav Kilsəsinin "Milad atəşkəsi" ilə bağlı bəyanatı bir tələ və təbliğat ünsürüdür" deyib .

XS
SM
MD
LG