Accessibility links

Oleksandr Turçinov Rusiyapərəst nümayişçilərin amnistiyasına söz verib [Fotoqalereya]


Ukrayna prezidenti vəzifəsini icra edən Oleksandr Turçinov Rusiyapərəst nümayişçilərin ölkənin şərqindəki iki şəhərdə silahı yerə qoyaraq, ələ keçirdikləri hökumət binalarından çəkildikləri təqdirdə onlara amnestiya vəd edib. Cənab Turçinov vədinin rəsmən prezident fərmanına çevirəcəyini deyib.

Ukraynanın Luqans şəhərindəki silahlı separatistlər hökumətin amnistiya təklifini rədd edir. Kalaşnikov tüfəngləri ilə silanlahmış və zirehli gödəkçələr geymiş nümayişçilər referendum tələb etdiklərini və yalnız bu halda silahlarını yerə qoyacaqlarını bildirib.

Ukraynanın daxili işlər naziri Arsen Avakov dünən deyib ki, ya danışıqlar yolu ilə, ya da zor gücünə çümə günü ələ keçirilən binalar azad ediləcək.

Moskva tərəfdarları Luqansk və Donetsk şəhərlərində bir neçə hökumət binasını ələ keçirərək, Ukraynadan ayrılaraq Rusiya ilə birləşmək üçün referendum keçirilməsini tələb edir.
XS
SM
MD
LG