Accessibility links

BMT: Rusiyanın Ukraynaya müdaxiləsindən bəri 5827 mülki şəxs həlak olub, 8421 nəfər yaralanıb


Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının bildirdiyinə görə, Ukraynada fevralın 24-dən sentyabrın 11-dək 375-i uşaq olmaqla, 5827 mülki şəxs öldürülüb.

BMT-nin hesablamalarına görə, 2270 kişi və 1559 qadın, 153 qız və 187 oğlan ölüb. Lakin 35 uşaq və 1623 nəfər böyüyün cinsiyyətini müəyyən etmək mümkün olmayıb. 8421 nəfər yaralanıb.

Ən çox insan - 3472 nəfər Luqansk və Donetsk vilayətlərində ölüb, 4562 nəfər yaralanıb. Ukraynanın nəzarətində olan ərazilərdə 3124 nəfər ölüb, 3274 nəfər yaralanıb. Rusiya ordusunun işğal etdiyi ərazilərdə 348 nəfər həlak olub, 128 nəfər yaralanıb.

Mart ayında ən çox sayda insan, 3120 nəfər həyatını itirib, sentyabrın 1-dən 11-dək isə 362 nəfər ölüb.

Məlumatda deyilir ki, ölümlərin əksəriyyətinə ağır artilleriyadan, çoxsaylı raket sistemlərindən və raketlərdən atəş açılması da daxil olmaqla, geniş təsir sahəsinə malik partlayıcı silahlardan istifadə səbəb olub.

İnsan Hüquqları üzrə Ali Komissarlıq hesab edir ki, real rəqəmlər daha çoxdur, belə ki, intensiv döyüşlərin getdiyi bəzi yerlərdə məlumat gecikdirilib, bir çox xəbərlər hələ də təsdiqini tapmayıb. Bu, Mariupol, İzyum, Lisiçansk, Popasna və Severodonetskə aiddir. Bəzi məlumatlara görə, həmin bölgələrdə mülki əhali arasında itkilər var.

XS
SM
MD
LG