Accessibility links

Zelenski Rusiyanın hücumlarını davam etdirəcəyi ilə bağlı xəbərdarlıq edib


Ukrayna Prezidenti Volodimir Zelenski bazar günü gecə deyib ki, qarşıdan gələn həftə keçən həftə olduğu kimi Rusiyanın raket zərbələrinin ölkənin elektrik şəbəkəsinə ağır zərər vurduğu qədər çətin ola bilər.

Video-müraciəti zamanı Zelenski Ukraynanın hərbi və digər dövlət qurumlarının hazırlaşdığını bildirib və o, elektrik xidmətini bərpa edən energetiklərə təşəkkür edib.

"Biz başa düşürük ki, terrorçular yeni zərbələr planlaşdırır. Biz bunu dəqiq bilirik. Və nə qədər ki, onların raketləri var, təəssüf ki, sakitləşməyəcəklər" - deyə, Zelenski bildirib.

Rusiya hava hücumları dəfələrlə Ukraynanın əsas infrastruktur obyektlərinə zərbələr endirib və qış mövsümü yaxınlaşdıqca mühüm xidmətləri sıradan çıxarıb. Rusiya rəsmiləri bu cür zərbələrlə mülki əhalinin hədəf alındığını təkzib edib.

Yanvar ayında ABŞ Konqresinin Nümayəndələr Palatasında liderlik roluna hazırlaşan Respublikaçı qanunvericilər bazar günü Konqresin Ukraynaya Rusiyaya qarşı doqquz aydır davam edən mübarizədə hərbi dəstək verməyə davam edəcəyinə söz veriblər, lakin Kyiv qüvvələrinə yardımın göndərilməsindən əvvəl onun diqqətlə nəzərdən keçiriləcəyini bildirib.

Ukraynaya yeni yardım paketlərinə nəzarət edəcəyi ehtimal edilən Texas konqresmeni Maykl Makkol və Ohayo konqresmeni Mayk Törner ABC tele- kanalının "Bu həftə" proqramında müsahibələri zamanı hər iki partiyanın - həm Respublikaçılar, həm də Demokratların Ukraynaya dəstəyi davam etdirəcəklərini bildiriblər.

Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin yeni sədri olacağı güman edilən Törner "Biz onları ehtiyacı olduqları ilə təmin edəcəyik. Hər iki partiyanın dəstəyi olacaq" deyib.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri olacağı ehtimal edilən Makkol isə "Onlara lazım olanı versək, qalib gələcəklər" - deyə, bildirib.

Lakin Makkol Respublikaçıların Nümayəndələr Palatasının nəzarətini ələ almasından sonra Ukraynaya yardımın Demokratların nəzarətində olan Palatadan fərqlı olacağını bildirib.

"Məsələ ondadır ki, biz şəffaflıq və hesabata daha çox nəzarət edəcəyik. Biz kart-blanş verməyəcəyik" konqresmen əlavə edib.

XS
SM
MD
LG