Accessibility links

Zelenski: "Bu gün biz əminik ki, Rusiya bu müharibəni uduzacaq"


Danimarkada səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenski Amerikanın F-16 qırıcı təyyarələrini tədarükü ilə bağlı vədlərin ona Ukraynanın qələbəsinə inam verdiyini bildirib.

"Bu gün biz əminik ki, Rusiya bu müharibəni uduzacaq" Danimarka parlamentinin qarşısında danışan Zelenski deyib.

Ukrayna hərbçiləri F-16 qırıcılarının Ukraynanın indiyədək ləng gedən əks-hücum əməliyyatının uğuru üçün vacib olduğuna inanır.

"Havada üstünlük quruda uğurun açarıdır", Ukrayna mediası Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnata istinadən bildirib.

Danimarkanın müdafiə naziri Yakob Ellemann-Yensen deyib ki, Ukrayna Danimarkanın verdiyi F-16 qırıcı təyyarələrindən yalnız öz [Ukrayna] ərazisində istifadə edə bilər.

Danimarka ümumilikdə 19 qırıcı tədarük edəcəyini vəd edib. Niderlandın 42 sayda F-16 qırıcı təyyarəsi var, lakin Ukraynaya neçə təyyarə veriləcəyinə hələ qərar verilməyib.

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov şənbə günü bildirib ki, ukraynalı pilotlar artıq F-16 təyyarələrini idarə etmək üçün təlimlərə başlayıb. Lakin o, qırıcılara texniki qulluq üçün ukraynalı mühəndis və mexaniklərin hazırlanmasına azı 6 ay, hətta ola bilsin ki, daha çox vaxt lazım olacağını deyib.

Forum

XS
SM
MD
LG