Accessibility links

Ukrayna və Rusiya yük maşınlarının biri-birinin ölkəsinə daxil olmasına qadağa qoyub


Ukraynalı fəallar Rusiya maşınlarının Ukraynaya daxil olub, geri çıxmasının qarşısını almaq səylərinə cavab olaraq Rusiya da Ukraynada qeydiyyatda olan yük maşınlarının Rusiya ərazisinə daxil olmasına icazə vermir.

Ötən həftə Ukraynanın bir neçə regionunda Rusiya yük karvanlarının Ukrayna sərhədindən keçməsinə qadağa qoyulduqdan sonra, bazar günü Rusiyanın Nəqliyyat Nazirliyi Ukrayna maşınlarına qadağa qoyub.

Rusiyanın mətbuat orqanları nəqliyyat rəsmilərinə istinadən bildirib ki, Rusiyaya məxsus 100-dən çox yük maşını Ukraynanın fərqli regionlarında saxlanılıb.

Rəsmilər Avropa İttifaqından Ukraynanın qərbinə daxil olmaq istəyən və ya Rusiyadan Ukraynaya daxil olmağa çalışan Rusiyaya məxsus əlavə 500 yük maşınının ölkəyə daxil olmasına qadağa qoyub.

İki il əvvəl Ukraynanın şərqində münaqişə başlanandan bəri hər iki tərəf ərzaq məhsullarının idxalına və hava məkanından istifadəyə qadağa qoyub.

Beynəlxalq monitorinq qrupunun bildirdiyinə görə 2014-cü ilin aprelində Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi rus dilli üsyançılar Kiyev hökumətinə qarşı silahlı mübarizəyə başladıqdan sonra 9000-dən çox insan həlak olub.

Ötən aylarda münaqişə əsasən sakitləşsə də, tərəflərin heç biri ötən il əldə edilmiş Minsk atəşkəs razılığına tam əməl etmir.

XS
SM
MD
LG