Accessibility links

Ukrayna rəsmiləri Rusiyanın pilotsuz təyyarələrinin Xarkivi vurduğunu bildirib


Ukrayna rəsmilərinin cümə axşamı bildirdiyinə görə, keçən gecə Rusiyanın pilotsuz təyyarəsinin Rusiyanın şərqindəki Xarkiv şəhərində hücumu nəticəsində azı 4 nəfərin ölüb, 10 nəfər yaralanıb.

Xarkiv meri İqor Terexov dronların bir neçə yaşayış binasını vurduğunu deyib.

Xarkiv vilayətinin qubernatoru Oleh Sinehubovun dediyinə görə, Rusiya Lozovaya və Çuhuiv şəhərlərini də vurub.

Rusiya Müdafiə Nazirliyi cümə axşamı ölkənin qərbindəki iki bölgəni hədəf alan Ukrayna pilotsuz təyyarələrinin hücumlarının qarşısını aldığını bildirib.

Rusiya nazirliyi Hava Hücumundan Müdafiə Qüvvələrinin Ukrayna ilə həmsərhəd Belqorod səmasında üç pilotsuz təyyarəni, həmçinin Tula vilayəti üzərində iki pilotsuz təyyarəni vurduğunu bildirib.

Ukrayna və Finlandiya çərşənbə günü 10 illik təhlükəsizlik paktı imzalayıb.

Bu razılaşma Finlandiyanı Rusiya işğalçılarına qarşı mübarizədə Ukraynaya uzunmüddətli təhlükəsizlik və müdafiə dəstəyi verməyə razı olan səkkizinci NATO üzvü edir.

Finlandiya prezidenti Alexander Stubb ölkəsinin eləcə də Ukraynaya hava hücumundan müdafiə sistemləri və ağır çaplı döyüş sursatları da daxil olmaqla, 203 milyon dollarlıq əlavə hərbi yardım göndərəcəyini bildirib. Bu məbləğ müharibə zamanı Finlandiyanın ümumi müdafiə töhfəsini təxminən 2,2 milyard dollara çatdırdı.

"Biz bu hərbi dəstəyi təkcə Ukraynanın özünü müdafiə etməsi üçün vermirik, biz bu hərbi dəstəyi Ukraynanın bu müharibədə qalib gəlməsi üçün veririk" - deyə, Stubb Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Forum

XS
SM
MD
LG